Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

UEFA Avropa Liqasının qrup mərhələsində V tura yekun vurulub

Cümə axşamı günü UEFA Avropa Liqasında qrup mərhələsinin V turuna yekun vurulub. Bu barədə “Futbolhd.ru” saytı məlumat yayıb.

Bildirilir ki, E qrupunda mübarizə aparan İtaliyanın “Latsio” klubu səfərdə Rusiyanın “Lokomotiv” komandasını 3:0 hesabı ilə məğlub edib.

C qrupunda İngiltərənin “Lester Siti” klubu doğma meydanda Polşanın “Legiya” komandasına 3:1 hesabı ilə qalib gəlib. Matçın 26-cı dəqiqəsində “Legia” klubunun şərəfini qoruyan həmyerlimiz Mahir Emreli penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.

Bu qrupun ötən gün baş tutmuş digər matçında İtaliyanın “Napoli” komandası Rusiyada “Spartak” klubuna uduzub - 2:1.

Qeyd edək ki, Türkiyənin “Fənərbağça” klubu Yunanıstanda “Olimpiakos”un qonağı olub. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Görüşün başa çatmasına bir dəqiqə qalmış “Olimpiakos”un futbolçusu Tikinio Soares komandasının qələbə topunu vurub. Bununla da İstanbul təmsilçisi növbəti mərhələyə çıxmaq şansını itirib.

D qrupunun digər görüşündə Almaniyanın “Ayntraxt” klubu Belçikanın “Antverpen” komandasını sınağa çəkib. Növbəti mərhələyə vəsiqəni vaxtından əvvəl rəsmiləşdirən Frankfurt təmsilçisi bu oyunda heç-heçə edib - 2:2.

Günün bütün görüşlərində qeydə alınan nəticələr isə belədir: A qrupu– “Bröndbü” (Danimarka) – “Lion” (Fransa) - 1:3; “Qlazqo Reyncers” (Şotlandiya) – “Sparta Praqa (Çexiya) - 2:0.

Qrupdakı vəziyyət: “Lion” - 15, Qlazqo Reyncers” - 7, “Sparta Praqa”- 4, “Bröndbü” – 2

B qrupu – PSV (Eyndhoven, Niderland) – “Şturm” (Qrats, Avstriya) - 2:0; “Monako” (Fransa) – “Real Sosyedad” (İspaniya) - 2:1.

Qrupdakı vəziyyət: “Monako” - 11, PSV - 8, “Real Sosyedad” - 6, “Şturm” - 1.

C qrupu– “Lester Siti” (İngiltərə) – “Legiya” (Polşa) - 3:1. Qrupdakı vəziyyət: “Lester Siti” - 8, “Spartak” - 7, “Napoli” - 7, “Legiya” - 6.

D qrupu– “Olimpiakos” (Yunanıstan) – “Fənərbağça” (Türkiyə) - 1:0;
“Ayntraxt Frankfurt (Almaniya) – “Antverpen” (Belçika) - 1:2. Qrupdakı
vəziyyət: “Ayntraxt Frankfurt” - 10, “Olimpiakos” - 9, “Fənərbağça” - 5, “Antverpen” – 4.
E qrupu– “Lokomotiv” ( Moskva,Rusiya) – “Latsio” (İtaliya) - 0:3; “ Qalatasaray” (Türkiyə) – “Marsel”
(Fransa) - 4:2. Qrupdakı vəziyyət: “Qalatasaray” - 11, “Latsio” - 8, “Marsel” - 4, “Lokomotiv” - 2.
F qrupu– “Srvena Zvezda” (Belqrad, Serbiya) – “Lüdoqorets” (Razqrad, Bolqarıstan) - 1:0; “Midtüllan” (Danimarka) – “Braqa” (Portuqaliya) - 3:2. Qrupdakı vəziyyət: “Srvena Zvezda” - 10, “Braqa” - 9, “Midtüllan” - 8, “Lüdoqorets” - 1.
G qrupu–“Betis” (İspaniya) – “Ferentsvaroş”
(Macarıstan) - 2:0 “Bayer” (Leverkuzen, Almaniya) – “Seltik” (Şotlandiya) - 3:2. Qrupdakı vəziyyət: “Bayer” - 13, “Betis” - 10, “Seltik” - 6, “Ferentsvaroş” - 0
H qrupu–“Rapid” (Vyana, Avstriya – “Vest Hem” (İngiltərə) - 0:2, “Dinamo” (Zaqreb, Xorvatiya) – “Genk” (Belçika) - 1:1.
Qrupdakı vəziyyət: “Vest Hem” - 13, “Dinamo” - 7, “Genk” - 5, “Rapid” - 3.
Qeyd edək ki, ötən tur Fransanın “Lion” və İngiltərənin “Vest Hem Yunayted” klubları vaxtından əvvəl növbəti mərhələyə yüksəlib.
Mahmud QƏRİBOV, “Xalq qəzeti”

27 Noyabr 2021 09:52 - İDMAN
İDMAN
11 Yanvar 2022 | 04:27
İlin ən yaxşı idmançısı

Köhnə versiyamızdan xəbərləri izlə