Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezidenti İlham Əliyev: Rusiya sülhməramlı qüvvələrinin məsuliyyəti zonasında vəziyyət bütövlükdə sabitdir

Dəvət üçün çox sağ olun, Vladimir Vladimiroviç. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin nizamlanması məsələsində Sizin şəxsi iştirakınızı və əlbəttə, keçən il Bəyanatın mətninin razılaşdırılması işində fəal iştirakınızı Azərbaycanda yüksək qiymətləndiririk.

"Xalq qəzeti"  xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşdə bildirib.

Dövlətimizin başçısı deyib: “Biz ilin əvvəlində bu formatda görüşmüşdük, indi artıq ilin sonunda görüşürük. Yekun vurmaq olar. Əlbəttə, Rusiya sülhməramlı qüvvələrinin məsuliyyəti zonasında vəziyyət bütövlükdə sabitdir. Ciddi insidentlər olmayıb. Qəsdən törədilmiş təxribatlar olmayıb. Müşahidə olunan ayrı-ayrı hallar sistemli xarakter daşımırdı. Buna görə də Rusiya sülhməramlı kontingentinin yaxşı xidmətinə görə, uzun illər boyu dondurulmuş münaqişə, keçən il tammiqyaslı müharibə vəziyyətində olan regionda təhlükəsizliyi təmin etmələrinə görə təşəkkürümü bildirmək istərdim”.

27 Noyabr 2021 09:00 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə