Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti AÇIQ TENDER ELAN EDIR

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərində meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı üzrə texniki-iqtisadi əsaslandırmanın və layihə sənədlərinin hazırlanması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Malgöndərənlərə (podratçılara) təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqavilənin icrasını təmin etmək üçün
malgöndərənlər (podratçılar) lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyən malgöndərənlər (podratçılar) aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, Moskva prospekti 69a nömrəli ünvandan (əlaqələndirici şəxs – Emin Quliyevdən, E-mail: [email protected], telefon- 431-08-64; faks 430-79-57) ala bilərlər.
Tenderdə iştirak haqqı 1500 (bir min beş yüz manat) manatdır.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:
Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti
VÖEN- 1300300711
H/h - AZ 10 IBAZ 380700194497 16100216
“Azərbaycan Beynəlxalq Bankı”nın Yasamal
filialı
M/h- AZ03NABZ01350100000000002944
VÖEN- 9900001881
SWIFT - IBAZAZ2Х (AZIPS-in üzvü)
Malgöndərənlər (podratçılar) tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün ərizə;
-iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-tender təklifi (təkliflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
-malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən təqdim edilmiş arayış;
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi
vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;
-malgöndərənin son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti;
-iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd;
-satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd;
-müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış;
-oz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd;
-müqavilənin icrası üçün müvafiq dövlət orqanından verilmiş lisenziya;
-işin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə məlumatlar (subpodratçı cəlb edəcəyi təqdirdə).
İxtisas uyğunluğu sənədləri:
a) iddiaçının işlərin həyata keçirilməsi üçün maliyyə imkanlarının olması;
-son 5 ildə orta hesabla ən azı 2 000 000 manat olmalıdır;
-bununla bağlı malgöndərən təşkilat təsdiqedici bank sənədlərini təqdim etməlidir.
b) Malgöndərənin müvafiq sahədə peşəkarlığı və təcrübəsi:
-iddiaçı son 3 il ərzində əsas podratçı kimi ən azı 2 oxşar işi görməsi təcrübəsinə malik olmalıdır.
Bu işlərdən biri ən azı 15.000 hektar sahədə, digəri isə 10.000 hektar sahədə meliorasiya və irriqasiya şəbəkələrinin layihələndirilməsini əhatə etməlidir. Bu barədə məlumatları yazılı şəkildə sənədli və sübutlarla satınalan təşkilata
təqdim etməlidir (təhvil-təslim aktları və işbitirmə sənədləri təqdim olunmalıdır).
c) Malgöndərənin texniki imkanları:
- işlərin icrasını təmin etmək üçün malgöndərən bütün maddi-texniki bazaya malik olmalıdır. Bütün məlumatları (texniki avadanlıqların siyahısını, rəsmi sənədlərini) yazılı və digər sənədlərlə birlikdə təqdim etməlidir.
d) Tenderin predmeti üzrə şirkətin zəruri əməkdaşlarının mövcudluğu:
-layihə rəhbəri ən azı 10 (on ) illik, əsas işçi heyəti isə ən azı 5 illik oxşar işlərdə müvafiq peşəkar təcrübəyə malik olmalıdır.
Texniki -İqtisadi Əsaslandırmanın və layihənin hazırlanmasında aşağıdakı mütəxəssislərin iştirakı nəzərdə tutulur: Layihə rəhbəri (irriqasiya və drenaj üzrə mütəxəssis), əsas heyət –meliorasiya qurğularının planlaşdırılması və layihələndirilməsi üzrə mühəndis, kənd təsərrüfatı iqtisadçısı, ətraf mühit və iqlim dəyişmələri üzrə mütəxəssis, hidroloq, topoqraf, mühəndis -geoloq və hidrogeoloq, yer quruluşu mütəxəssisi, iqtisadçı, maliyyəçi və smeta üzrə mütəxəssis, avtomatik idarəetmə mütəxəssisi.
Tələb olunan ixtisas uyğunluğuna cavab verməyən iddiaçılar qiymətləndirmə mərhələsinə buraxılmayacaqlar.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (1 əsli və 1 surəti) tərtib edilməlidir (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun keçiriləcəkdir.
Malgöndərənlər tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təkliflərinin açılışına 7 bank günü qalana qədər) 5 yanvar 2022-ci il saat 17.30–a, tender təklifi bank təminatı ilə birlikdə 13 yanvar 2022-ci il saat 17.00-a qədər Bakı şəhəri, Moskva prospekti 69a nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri Bakı şəhəri, Moskva prospekti 69A nömrəli ünvanda 14 yanvar 2022-ci il saat 11.00-da açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.

27 Noyabr 2021 07:04 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Köhnə versiyamızdan xəbərləri izlə