Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FHN Xüsusi Riskli Xilasetmə Xidməti taktikixüsusi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidməti hazırlıq planına uyğun olaraq, taktiki-xüsusi təlim keçirib.

FHN-in mətbuat xidmətindən bildiriblər ki, təlimin keçirilməsində əsas məqsəd əməkdaşların müasir zədələmə vasitələrinin xüsusiyyətlərini praktiki olaraq mənimsəməsi, insan tələfatına və ya insanların həyat fəaliyyətinin pozulmasına, maddi sərvətlərin itkisinə səbəb ola bilən müxtəlif fövqəladə hallarla mübarizə vərdişlərinin daha da təkmilləşdirilməsi olub. Eyni zamanda, zədələnmə ocaqlarında fövqəladə halların nəticələrinin aradan qaldırılması məqsədilə həyata keçirilən qəza-xilasetmə və digər təxirəsalınmaz tədbirlər zamanı bölmələr arasında əlaqələndirmənin daha da təkmilləşdirilməsi qarşıya qoyulan əsas hədəflərdən olub.

Taktiki-xüsusi təlimə ümumilikdə Xüsusi Riskli Xilasetmə Xidmətinin 13 ədəd texnikası və 111 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.

Təlim üç mərhələdən – “Xüsusi riskli xilasetmə taborunun yüksək hazırlıq dərəcəsinə gətirilməsi”, “Hadisə yerinə yürüşün keçirilməsi və Xüsusi riskli xilasetmə taborunun toplanma rayonunda yerləşdirilməsi” və “Fövqəladə hal rayonunda axtarış və qəza-xilasetmə işlərinin aparılmasının təşkili”ndən ibarət olmaqla uğurla həyata keçirilib. Təlim yekunlaşdıqdan sonra onun nəticələri təhlil olunub, aşkarlanmış çatışmazlıqların aradan qaldırılması üzrə müvafiq tapşırıqlar verilib.

Təlim zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.

"Xalq qəzeti"

27 Noyabr 2021 02:59 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə