Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azəriqaz”ın rəhbərliyi onlayn vətəndaş qəbulu keçirib

“Azəriqaz” İB tərəfindən vətəndaşların problem və təkliflərini dinləmək üçün istənilən şərait yaradılır. Bu məqsədlə “Azəriqaz” İB-nin rəhbər şəxsləri növbəti onlayn vətəndaş qəbulu keçirib.

İB-dən bildirilib ki, videoformatda keçirilən görüş zamanı baş direktor Ruslan Əliyev Cəlilabad rayonu, baş direktorun istismar üzrə müavini Cahid Hüseynov Masallı rayonu, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov isə Biləsuvar rayon sakinlərinin müraciətlərini dinləyiblər. Vətəndaşlar qəbul zamanı qaz təchizatı ilə bağlı üzləşdikləri çətinlikləri Birliyin rəhbər şəxslərinə çatdırıblar. Bundan əlavə, vətəndaşlar tərəfindən qaz xətlərinin yerinin dəyişdirilməsi, fərdi qaz çəkilişləri və sair müraciətlər də ünvanlanıb. Baş direktor və müavinləri Lənkəran Regional qaz istismarı İdarəsinin rəhbər şəxslərinə vətəndaşların müraciətlərinə operativ baxılmasına dair müvafiq tapşırıqlar veriblər.

"Xalq qəzeti"

26 Noyabr 2021 23:18 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə