Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sabahın HAVA PROQNOZU

Noyabrın 27-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.

ETSN Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 6-8° isti, gündüz 10-14° isti, Bakıda gecə 6-8° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacaq.

"Xalq qəzeti"

26 Noyabr 2021 18:08 - EKOLOGİYA
EKOLOGİYA
18 Yanvar 2022 | 17:58
Sabahın HAVA PROQNOZU
14 Yanvar 2022 | 18:03
Sabahın HAVA PROQNOZU
13 Yanvar 2022 | 16:11
Türkiyədə zəlzələ olub

Köhnə versiyamızdan xəbərləri izlə