Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda daha 2 məktəbdə əyani tədris bərpa olunub

Paytaxtdakı 47 və 155 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən xəbərə görə, hər 2 məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

"Xalq qəzeti"

26 Noyabr 2021 16:45 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə