Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Azəriqaz"ın rəhbəri valideyn himayəsindən kənarda böyüyən əməkdaşları ilə görüşüb

“Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev Birlikdə çalışan, valideyn himayəsindən kənarda – internatda böyüyən əməkdaşlarla görüşüb. Baş direktor onların iş şəraiti ilə yanaşı, mövcud vəziyyətləri ilə də yaxından maraqlanıb.

“Azəriqaz”dan “Xalq qəzeti”nə verilən məlumata görə, görüşdə xüsusi diqqətə ehtiyacı olan əməkdaşlara problem və təkliflərini səsləndirməyə imkan yaradılıb. Birliyin rəhbəri onların daha çox təhsilə köklənmələrini tövsiyə edib və bu yöndə lazımi dəstəyin veriləcəyinə söz verib. İş prosesində qadınların hüquqlarının qorunmasının vacibliyini bildirən baş direktor, bu xüsusda valideyn himayəsindən kənarda yaşamış qadın əməkdaşlara xüsusi diqqətin yetirildiyini bildirib.

Ruslan Əliyev görüşdə iştirak edən əməkdaşları əmin edib ki, onlara görə istənilən təşkilata müraciət etməyə, gələcək həyatlarının təmin edilməsi istiqamətində bütün imkanlarını səfərbər etməyə hazırdır. Təki, onlar işində məsuliyyətli və davamiyyətli olsunlar. Görüşdə iştirak edənlər dəstəyə görə baş direktora təşəkkür ediblər. Birliyin rəhbəri: “Mənə təşəkkür etmək lazım deyil. Təki, siz rahat olun”.

26 Noyabr 2021 17:33 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə