Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

GUAM ölkələri arasında nəqliyyat dəhlizinin yaradılması məsələsi müzakirə olunub

GUAM-ın Milli Əlaqələndiricilər Şurasının 57-ci iclası keçirilib.

"Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki, pandemiya səbəbindən Milli Əlaqələndiricilər Şurasının 57-ci iclasının onlayn şəkildə keçirilib.

İclasda GUAM ölkələri arasında siyasi təmasların genişləndirilməsi, koronavirusa qarşı birgə mübarizə, malların mənşəyinin müəyyənləşdirilməsi qaydaları barədə protokolun imzalanması, beynəlxalq təşkilatların GUAM-la əməkdaşlığı məsələləri müzakirə olunub. Bundan başqa, GUAM nəqliyyat dəhlizinin texniki və iqtisadi əsaslandırılmasının həyata keçirilməsi, Avropa İttifaqının buna dəstəyi, GUAM ölkələri arasında azad ticarət zonasının yaradılması məsələsi ətrafında da fikir mübadiləsi aparılıb.

Onlayn iclasda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edib.

26 Noyabr 2021 16:21 - SİYASƏT
SİYASƏT
27 Yanvar 2022 | 04:18
Müasir Azərbaycan Ordusu

Köhnə versiyamızdan xəbərləri izlə