Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tokio Olimpiadasına hazırlıqda buraxılmış səhvlər müzakirə edilib

Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) Kollegiya iclası keçirilib.

AGİN-dən "Xalq qəzeti"nə verilən məlumata görə, nazir Fərid Qayıbovun sədrliyi ilə keçən iclasda Azərbaycan milli olimpiya və paralimpiya komandalarının Yaponiyanın Tokio şəhərində keçirilmiş XXXII Yay Olimpiya Oyunlarında və XVI Yay Paralimpiya Oyunlarında iştiraklarının yekunları müzakirə edilib.

Nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurov Azərbaycan milli olimpiya komandasının XXXII Yay Olimpiya Oyunlarına hazırlığı və iştirakı barədə, kütləvi bədən tərbiyəsi və texniki idman növləri sektorunun müdiri Aydın Məmmədov isə Azərbaycan milli paralimpiya komandasının XVI Yay Paralimpiya Oyunlarına hazırlığı və iştirakı barədə hesabat xarakterli çıxış ediblər.
Hər iki hesabat dinlənildikdən sonra, hazırlıq prosesində buraxılmış səhvlər müzakirə edilib. Yol verilmiş nöqsanların aradan qaldırılması və növbəti olimpiya oyunlarında yüksək nailiyyətlərin əldə olunmasına əsaslı zəmin yaradılması məqsədilə İdman şöbəsinə bir sıra tapşırıqlar verilib.

26 Noyabr 2021 14:53 - İDMAN
İDMAN
27 Yanvar 2022 | 04:58
Marsial “Sevilya”ya keçir
23 Yanvar 2022 | 08:40
Müqavilə yenilənir

Köhnə versiyamızdan xəbərləri izlə