Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Whatsapp” yeni funksiyanı işə salıb

“Whatsapp” sosial şəbəkəsində yeni funksiya beta versiyada işə salınıb və tezliklə bütün istifadəçilərə təqdim ediləcək.

Məlumata görə, funksiya vasitəsilə istifadəçilər şəkillərdən stikerlər yarada bilir. Hazırda yalnız PC versiyası stikerlər yarada və əlavə edə bilər. Yeniliyin əvvəlcə "Android" əməliyyat sistemində, daha sonra isə "iOS" sahibləri üçün əlçatan olacağı gözlənilir.

Qeyd edək ki, bu funksiya teleqram messencerində artıq mövcuddur. Teleqramdan fərqli olaraq, vatsapda şəkli fondan ayırmağa, kəsməyə və ya çevirməyə imkan verən tamhüquqlu redaktor olacaq.

Xəbəri “ferra.ru” yayıb.

26 Noyabr 2021 11:11 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə