Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) Publik Hüquqi Şəxsi 2021-ci ildə 222120-ci xərc maddəsi üzrə nəqliyyat vasitələrinin cari təmiri üçün nəzərdə tutulan malların satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Müsabiqədə iddiaçı qismində ixtisaslı işçi heyətinə malik olan mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.
Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https:// www. eten-der.gov.az/ vahid internet portalına elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
İştirak haqqının ödənilməsi yalnız asan ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə dövlət satınalmalarının https:// www.etender.gov.az/ vahid internet portalına daxil olmaqla “Asan
Ödəniş et” düyməsini sıxaraq ödənişi etdikdən sonra iştirak etmək olar.
İştirak haqqı 100 manatdır.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri
vahid internet portalına yerləşdirməlidirlər:
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-tələb olunan malların ölkəyə idxalı, satışı və texniki xidmət göstərilməsi üçün iddiaçıya verilən səlahiyyətləri təsdiq edən sənədlər;
-tender təklifi (elektron satınalmanın açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (elektron satınalmanın açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır).
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 15 dekabr 2021-ci il saat 18.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 23 dekabr 2021-ci il saat 18.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların təklifləri 24 dekabr 2021-ci il saat 11.00-da www.etender.gov.az vahid internet portalında açılacaqdır.
İddiaçılar müsabiqənin nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.
QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.
E-şərtlər toplusunu dövlət satınalmalarının https:// www.etender.gov.az/ vahid internet portalından əldə etmək olar.

26 Noyabr 2021 10:36 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Köhnə versiyamızdan xəbərləri izlə