Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nizami Gəncəvi əbədiləşdirilməyə layiq dahi şair və mütəfəkkirdir

“Rus ədəbiyyatının nümayəndələri istisna olmaqla, dünyada elə bir mütəfəkkir və şair yoxdur ki, onun Rusiya şəhərlərində iki heykəli qoyulsun”. Bunu Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Nizami Gəncəvi Beynəlxalq Forumu çərçivəsindəki çıxışı zamanı deyib.

Bildirib ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin həm Sankt-Peterburqda, həm də Moskvada heykəlləri qoyulub . “Nizami Gəncəvi əbədiləşdirilməyə layiq dahi şair və mütəfəkkirdir. O, təkcə Azərbaycanın deyil, bütün İslam dünyasının, Şərqin dahi oğludur. Onun fikirləri müxtəlif xalqları, dinləri, qəbilələri birləşdirə bilib. İnsan həyatının çox maraqlı tərəflərini başa düşməyə imkan yaradıb”.

M.Şvıdkoy deyib ki, Nizami Gəncəvinin poeziyası bu gün aktual olan sevgi və sülh kimi mövzuları təbliğ edib. “Sevgi və sülh” fəlsəfəsi təkcə Azərbaycan və Ermənistan arasında mövcud münaqişə baxımından deyil, həm də yazıldığı mürəkkəb və ziddiyyətli dövrdə də aktual olub. Nizaminin poeziyası həmin dövrdəki sülh və coğrafiyanı, habelə bugünkü mədəniyyəti anlamaq baxımından vacib əhəmiyyət kəsb edir”.

O qeyd edib ki, 1941-ci ildə Böyük Vətən müharibəsi dövründə blokadada olan Leninqradda Nizami Gəncəvinin 800 illiyi qeyd edilmişdi: “İnsanlar həmin vaxt tamamilə başqa şeylər barədə düşünürdülər. Belə bir situasiyada, müharibənin qızğın çağında Nizami Gəncəvinin yubiley tədbiri həsr keçirilmişdi”. M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

26 Noyabr 2021 09:04 -
23 Yanvar 2022 | 08:35
Rusiyada yeni antirekord

Köhnə versiyamızdan xəbərləri izlə