Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq forumun fəxri qonaqlarına “Nizami Gəncəvi – 880” xatirə nişanı təqdim olunub

Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən “Nizami Gəncəvi: mədəniyyətlər arasında körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumu davam edir.

 "Xalq qəzeti" xəbər verir ki, forum çərçivəsində noyabrın 25-də Mədəniyyət Nazirliyi tərəfindən təsis edilən “Nizami Gəncəvinin 880 illiyi (1141-2021)” xatirə nişanı beynəlxalq tədbirin fəxri qonaqlarına təqdim olunub.

Xatirə nişanını forum iştirakçılarına mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev təqdim edib. Elnur Əliyev çıxışında xatirə nişanının dahi şairin yaradıcılığının təbliği baxımından əhəmiyyətini vurğulayıb, onun beynəlxalq aləmdə Nizami irsini tərənnüm edən simvol kimi qiymətləndirib, foruma qatıldıqlarına görə qonaqlara təşəkkürünü bildirib.

Qeyd edək ki, xatirə nişanı Prezident İlham Əliyevin 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsi haqqında müvafiq Sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabineti tərəfindən təsdiq olunan “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı”na əsasən hazırlanıb.

25 Noyabr 2021 16:44 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə