Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu il Zaqatalanın qarğıdalı sahələrində orta məhsuldarlıq 56,6 sentner olub

Zaqatala rayonunun təsərrüfatlarında qarğıdalı yığımı başa çatıb. Bu il rayonun torpaq mülkiyyətçiləri 3 min 537 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər. Cari mövsümdə rayonda 20 min 19,4 ton dən qarğıdalı istehsal olunub. Hər hektardan orta hesabla 56,6 sentner məhsul götürülüb.

"Xalq qəzeti" xəbər verir ki, bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Vaqif Şabanov məlumat verib.

Qurum rəsmisinin sözlərinə görə, builki mövsümdə rayonun Yengiyan, Makov, Danaçı və Göyəm kəndlərinin qarğıdalı sahələrində hər hektardan məhsuldarlıq daha yüksək - 95-100 sentner olub.

Cari ildə rayonda 201 hektar sahədə dən və yaşıl yem üçün təkrar qarğıdalı da əkilib. İndiyədək yaşıl yem üçün qarğıdalı əkilmiş sahələrin 58 hektarında biçin aparılıb, 852 ton yaşıl kütlə əldə olunub. Dən üçün təkrar qarğıdalı əkilmiş sahələrin 123 hektarında da biçin başa çatdırılıb, 627 ton məhsul istehsal olunub. Hər hektardan 51 sentner məhsul götürülüb.

Qeyd edək ki, zaqatalalı fermerlər ötənilki mövsümdə 3 min 536 hektar qarğıdalı sahəsindən 19 min 970 ton məhsul əldə ediblər. Dən qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 232 ton artıb.

25 Noyabr 2021 16:31 - İQTİSADİYYAT
İQTİSADİYYAT
1 Dekabr 2021 | 10:48
Neft ucuzlaşıb
1 Dekabr 2021 | 10:39
AMB-nin valyuta məzənnələri

Köhnə versiyamızdan xəbərləri izlə