Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FHN: Ötən sutka 30 yanğına çıxış olub, 7 nəfər xilas edilib - VİDEO

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən "Xalq qəzeti"nə verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 30 yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 7 nəfər, o cümlədən Kürdəmir rayonunda “Kamaz” və “Mercedes-Benz Atego” markalı iki yük avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1988-ci il təvəllüdlü Xalayev Elvin Vaqif oğlu xilas edilib. Həmçinin, yanğın zamanı 1980-ci il təvəllüdlü Qəniyev Rafət Rafiq oğlunun meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

25 Noyabr 2021 14:05 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə