Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bahar Muradova: Qadınlara qarşı hüquq pozuntusunun qarşısının alınması ilə bağlı milli qanunvericilik kifayət qədər təkmilləşib

Noyabrın 25-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki Bakı Gənclər Mərkəzində “25 Noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü” mövzusunda tədbir keçirilir.

"Xalq qəzeti" xəbər verir ki, tədbir Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar təşkil olunub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova tədbirdə çıxış edərək iştirakçıları Kəlbəcərin işğaldan azad olunduğu gün münasibətilə təbrik edib. O, Zəfərimizdən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində hər kəsə uğurlar arzulayıb.

Bahar Muradova qeyd edib ki, qadınlar və qızlara qarşı hüquq pozuntusu bütün dünyanın üzləşdiyi ən ciddi problemdir. Bu istiqamətdə beynəlxalq və milli qanunvericilik kifayət qədər təkmilləşib. Beynəlxalq və milli imkanlarımızı birləşdirərək buna qarşı mübarizə apara, qarşımıza çıxan çağırışları önləyə bilərik.

O, həmçinin Azərbaycanda bu sahədə xeyli işlərin görüldüyünü söyləyib. Deyib ki, bu məsələlərlə bağlı müxtəlif layihələr həyata keçirilib. Həmin layihələrin reallaşması nəticəsində ölkəmizdə yeni ciddi uğurlara imza atılıb.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Sabunçu Rayonu İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev, Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Bakı şəhər rayonlarının icra hakimiyyətlərində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının rəhbərləri, Bakı şəhər rayon bələdiyyələrinin sədrləri və məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzlərinin rəhbərləri iştirakı edirlər.

25 Noyabr 2021 12:54 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə