Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda əyani təhsil alan tələbələrin 146 mindən çoxu ödənişli əsaslarla oxuyur

Azərbaycanda ümumilikdə 266 mindən artıq tələbə var. Bu tələbələrdən 246 mini əyani təhsil alır. Əyani təhsil alan tələbələrin isə 146 mindən çoxu ödənişli əsaslarla oxuyur. Ödənişli əsaslarla təhsil alan tələbələrin 20 min nəfərindən çoxunun təhsil haqqı dövlət hesabına ödənilir.

"Xalq qəzeti"  xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun sədri təhsil tələbə kreditlərinə müraciətlərin başlanılması ilə bağlı keçirilən brifinqdə deyib. O bildirib ki, digər ödənişli təhsil alan tələbələrin hamısına aid olmayacaq, çünki onların bəzilərini akademik borcu var.

Xatırladaq ki, Prezident İlham Əliyev 2021-ci il iyunun 17-də “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən yaradılmış “Təhsil Tələbə Krediti Fondu”nun Nizamnaməsi” təsdiq edilib. Fondun yaradılmasında məqsəd əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir.

2021-ci il iyulun 24-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərar imzalayıb.

25 Noyabr 2021 12:47 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə