Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib.

 "Xalq qəzeti" xəbər verir ki, iclasda Azərbaycan Respublikası Prezidentinin Şuşa və Ağdam nümayəndəliklərinin, Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat, Energetika, Kənd Təsərrüfatı nazirliklərinin, Dövlət Turizm Agentliyinin, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin və digər müvafiq dövlət qurumlarının məsul nümayəndələri iştirak ediblər.

İclasda işğaldan azad edilmiş rayonlarda ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə aparılan kompleks monitorinqlər, o cümlədən transsərhəd çayların çirklənməsinə nəzarət edilməsi üçün həyata keçirilən monitorinqlər haqqında qrup üzvlərinə məlumat verilib.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın layihələndirmə və planlaşdırma ehtiyaclarının təmin olunması üçün topoqrafik xəritələrin hazırlanması işləri aparılıb, eləcə də bu rayonlarda yerli tikinti və inşaat materialları ehtiyatları qiymətləndirilib, bərpa-quruculuq işlərində istifadə üçün təklif edilib.

Görüşdə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı meşə fondunun bərpasını nəzərdə tutan “2022-2026-cı illər üzrə Meşə Fondunun Bərpası Proqramı” haqqında qrup üzvlərinə məlumat verilib. İşğaldan azad edilmiş ərazilərdə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində meşə fondunun bərpası ilə əlaqədar Cəbrayıl şəhərinin yaxınlığında hər biri 20 hektar olmaqla payız əkini mövsümündə qapalı kök sistemli tingliyin və Dostluq meşəsinin salınması, Təlim mərkəzinin yaradılması işlərinə başlanılıb. Sözügedən tinglik müəssisəsinin yaradılması bu ərazilərdə meşəbərpa tədbirlərinin həyata keçirilməsinə böyük təkan verəcək.

Həmçinin Energetika Nazirliyi tərəfindən “İşğaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonası” Konsepsiyası haqqında məlumat verilib. Qeyd olunub ki, Yaşıl Enerji Zonası Konsepsiyası çərçivəsində bərpaolunan enerji mənbələri potensialından maksimum istifadə, enerji təchizatı ssenariləri, habelə müxtəlif ssenarilər üzrə günəş panelləri, günəş kollektorları, istilik nasosları və digər enerji səmərəli və yaşıl texnologiyaların tətbiqi variantlarına dair yanaşmalar təqdim edilir. Bundan əlavə, küçələrin işıqlandırılmasında, ictimai binaların enerji təchizatında yaşıl texnologiyalardan istifadə, habelə müxtəlif fəaliyyət sahələrində enerji səmərəli innovativ yanaşmaların tətbiqi imkanları haqqında məlumat verilib.

Görüşdə, həmçinin işğaldan azad edilmiş ərazilərdə tullantıların idarəolunmasının planlaşdırılması və bununla əlaqədar digər işçi qrupları ilə aparılan müzakirələr haqqında qrup üzvləri məlumatlandırılıb.

Qrup fəaliyyətini İdarələrarası Mərkəzin digər işçi qrupları ilə sıx əlaqə və məlumat mübadiləsi formatında həyata keçirməkdədir.

25 Noyabr 2021 11:53 - EKOLOGİYA
EKOLOGİYA
3 Dekabr 2021 | 18:06
Sabahın HAVA PROQNOZU
2 Dekabr 2021 | 17:51
Sabahın HAVA PROQNOZU
30 Noyabr 2021 | 18:05
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə