Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Levandovski Nistelroy və Ronaldunu üstələdi

 “Bavariya” klubunun futbolçusu Robert Levandovski UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb. O, buna Kiyev “Dinamo”sunu 2:1 hesabı ilə məğlub etdikləri matçda nail olub. Matçın 14-cü dəqiqəsində hesabı açan polşalı hücumçu ikinci dəfə Avropanın bir nömrəli klub turnirində iştirak etdiyi ardıcıl 9 görüşün hamısında fərqlənə bilib.

Levandovski 2020-ci ilin noyabrından meydana çıxdığı bütün qarşılaşmalarda qol vurub. O, 2019-cu ilin avqustundan 2020-ci ilin avqustunadək olan müddətdə də Çempionlar Liqasının 9 oyununda rəqib qapılarına yol tapıb.

Qeyd edək ki, Niderland millisinin sabiq üzvü Rud van Nistelroy və hazırda İngiltərə “Mançester Yunayted”ində oynayan Kriştianu Ronaldu bunu bir dəfə bacarıb.

Xəbəri “Eurosport” verib. 

 Elçin ABBASOV,

“Xalq qəzeti”

25 Noyabr 2021 04:30 -

Köhnə versiyamızdan xəbərləri izlə