Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə əhalisi dövlətin yanındadır

Türkiyə sakinləri ölkədə lirənin zəifləməsinə baxmayaraq, sosial şəbəkələrdə Prezident Rəcəb Tayyib Ərdoğan hökumətinə dəstəklərini ifadə edirlər. Bu barədə özünün müxbirinə istinadən TASS xəbər verib.

Son bir sutka ərzində twitterdə “Dövlətimin yanındayam” həştəqinə böyük dəstək göstərilib. Təxminən 12 saat müddətində 900 min sosial şəbəkə istifadəçisi özünün dövlətə dəstəyini qeyd edib.

TASS-ın məlumatına görə, bununla yanaşı twitterdə respublikada iqtisadi vəziyyətin pisləşməsindən istifadə etmək istəyənlər var. Belə istifadəçilər “Sokağa” (küçəyə) həştəqindən istifadə edirlər. Ancaq onların sayı dövləti dəstəkləyənlərdən çox azdır.

Son günlərin məlumatlarına əsasən, Türkiyə milli valyutası lirənin ABŞ dollarına nisbətən məzənnəsi üç gündür enməkdədir. Əgər həftənin çərşənbə axşamı günü dollar 11,38 lirəyə idisə, çərşənbə günü ABŞ valyutası 13,15 lirəyə satılıb.

Xatırladaq ki, bu ilin yanvarında Türkiyədə bir dollar 7,3 lirəyə satılırdı. Keçən həftə Türkiyənin Mərkəzi Bankı lirənin və inflyasiyanın sabitləşdirilməsi üçün əsas uçot dərəcələrindən birini aşağı salmışdı. Söhbət hərraclarda faiz dərəcəsinin aşağı salınmasından gedir. Bunu Prezident Ərdoğan da fəal şəkildə dəstəkləyir. Dövlət başçısı faiz dərəcələrini “xalqın faciəsi” hesab edir.

Mərkəzi Bank isə adətən hökuməti inandırmağa çalışır ki, faiz dərəcələrinin aşağı salınması maliyyə göstəricilərinə mənfi təsir göstərir və problemin həlli yolu deyil. Son günlər ölkədəki müxalifət partiyaları da fəallaşaraq, lirənin ucuzlaşması fonunda növbədənkənar prezident və parlament seçkilərinə gedilməsi məsələsini qaldırır.

Ərdoğan isə vəziyyətdən çıxış yolu tapılacağını və növbədənkənar seçkilərə gedilməyəcəyini bildirib.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

25 Noyabr 2021 04:24 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
3 Dekabr 2021 | 07:32
İqtisadiyyat artıb

Köhnə versiyamızdan xəbərləri izlə