Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çexiya Polşa-Belarus sərhədinə hərbçi göndərməyə hazırdır


“Euronews” agentliyinin yaydığı məlumata görə, rəsmi Praqa Varşavaya Polşa-Belarus sərhədindəki böhranın həllinə kömək etmək üçün öz polisini və ordusunu göndərməyə hazır olduğunu bildirib.
Agentlik yazır ki, bu bəyanatla Çexiyanın baş naziri Andrey Babiş çıxış edib.
O, eyni zamanda belə bir müraciətin hələ ki, Polşadan daxil olmadığını açıqlayıb. Onun sözlərinə görə, hazırda
Polşa-Belarus sərhədində baş verənlər tamamilə qəbuledilməzdir.
Baş nazir həmçinin vurğulayıb ki, Polşaya hərbi qulluqçuların göndərilməsi yalnız Çexiya parlamentinin hər iki palatası təsdiq etdikdən sonra mümkün ola bilər.
Mahmud QƏRİBOV,
“Xalq qəzeti”

25 Noyabr 2021 04:22 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
3 Dekabr 2021 | 07:32
İqtisadiyyat artıb

Köhnə versiyamızdan xəbərləri izlə