Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ukrayna ordusu Rusiya ilə sərhəddə təlimlər keçirəcək

Ukraynanın Xarkov vilayətinin başçısı vəzifəsini icra edən Aleksandr Skakun bildirib ki, Ukrayna ordusu gələn həftə Rusiya ilə sərhəd yaxınlığında təlimlər keçirəcək. Bu barədə UNİAN agentliyi məlumat yayıb.

A.Skakunun sözlərinə görə, təlimdə üç mindən çox hərbçi iştirak edəcək. “Bütün bunlar dövlət sərhədinin mühafizəsi fəlsəfəsinə uyğundur. İlk dəfədir ki, biz onlarla sərhəddə ərazi müdafiəsi ilə bağlı işimizdən danışırıq. Belə təlimlər olacaq”, – deyə o bildirib.

Ukrayna ilə Rusiya arasında gərginlik artmaqda davam edir. Son günlər Rusiyanın Ukrayna ilə sərhəddə 90 mindən çox hərbçi topladığı barədə xəbərlər yayılıb. Rəsmi Moskva, öz növbəsində Ukrayna tərəfini münasibətləri gərginləşdirməkdə günahlandırır. 

Bu arada məlum olub ki, Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynaya maliyyə yardımı ayıracaq. Belə ki, fondun Direktorlar Şurası Ukrayna ilə “Stand-By” proqramına ilk dəfə yenidən baxılması barədə qərar qəbul edib. Fond Ukrayna üçün 500 milyon xüsusi borc hüququ (SDR) həcmində kredit tranşı ayırır. Bu, təqribən 700 milyon dollara ekvivalentdir.

İqtisadçı ekspertlər hesab edirlər ki, BVF-in yardımı Ukrayna hakimiyyət orqanlarına COVID-19-la bağlı nəticələrin öhdəsindən gəlmək, iqtisadiyyatın bərpasını dəstəkləmək və islahatları sürətləndirmək imkanı verəcək.

Məlumat üçün bildirək ki, Ukrayna hakimiyyət orqanları BVF arasında memorandum 2020-ci ildə imzalanıb.

Həmin il iyun ayında sənədin mətni dərc edilib və Ukrayna 18 aylıq “Stand-By” proqramı çərçivəsində 5 milyard dollar kreditin 2,2 milyard dollar həcmində birinci tranşını alıb. O vaxtdan BVF Ukrayna üçün tranş ayırmayıb.

M.HACIXANLI,

“Xalq qəzeti” 

25 Noyabr 2021 04:35 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
3 Dekabr 2021 | 07:32
İqtisadiyyat artıb

Köhnə versiyamızdan xəbərləri izlə