Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünyada koronavirusa yoluxanların sayı artır

Koronavirus pandemiyasının statistikasını izləyən “worldometers.info” portalının məlumatına görə, dünyada bu xəstəliyə (COVID-19) yoluxanların sutkalıq sayı 555 mini ötüb.

Bildirilir ki, 8 min 60 nəfər isə pandemiyanın qurbanı olub. Bununla da yoluxanların ümumi sayı 259 milyon 614, ölənlər isə 5 milyon 183 min 12 nəfərə çatıb.

Qeyd edilir ki, ən çox yoluxma halı (86 min 16 nəfər) ABŞ-da, bu xəstəlikdən ölüm faktı isə (1243 nəfər) Rusiyada qeydə alınıb.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (48,8 milyon), Hindistan (34,5 milyon), Braziliya (22 milyon), Böyük Britaniya (9,9 milyon), Rusiya (9,4 milyon), Türkiyə (8,6 milyon) və Fransada (7,4 milyon) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra – martın 11-də isə koronavirusu pandemiya elan edib.

Rövşən TOĞRUL, “Xalq qəzeti”

 

25 Noyabr 2021 04:47 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
3 Dekabr 2021 | 07:32
İqtisadiyyat artıb

Köhnə versiyamızdan xəbərləri izlə