Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BP: Qarabağda günəş elektrik stansiyasının tikinti layihəsi üzrə işlər davam edir

Hazırda Zəngilan-Cəbrayıl zonasında 240 meqavatt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair bp şirkəti ilə Energetika Nazirliyi arasında imzalanmış İcra Müqaviləsi çərçivəsində işlər davam edir.

Bp-dən bildiriblər ki, biz Azərbaycanın uzunmüddətli tərəfdaşı kimi otuz ilə yaxındır ki, əməliyyatçısı olduğumuz enerji layihələrini təhlükəsiz və etibarlı şəkildə həyata keçiririk: “Düşünürük ki, bu təcrübəmizə əsaslanaraq biz yeni enerji istehsalı sahəsində də Azərbaycanla uğurlu əməkdaşlıq və tərəfdaşlıq imkanlarını birgə dəyərləndirib ölkənin enerji keçidi səylərinə mühüm töhfələr verə bilərik. BP, ümumiyyətlə, bütün dünya üzrə bərpa olunan enerji işlənməsinə qoyduğu sərmayəni əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir və artıq uzunmüddətli və uğurlu tərəfdaşlıq qurduğu yerlərdə bu istiqamətdə yaranan imkanları araşdırır”.

Qeyd edək ki, icra müqaviləsi Azərbaycanın azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması, Azərbaycanda bərpa olunan enerji sektorunun inkişafı və 2030-cu ilədək karbon tullantılarının 35 faiz azaldılması barədə strateji qərar çərçivəsində imzalanıb.

“Xalq qəzeti”

25 Noyabr 2021 04:04 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə