Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şuşadan oğurlanan xalçaların geri qaytarılması üçün tədbirlər görülür

Məlum olduğu kimi, erməni vandalları Xalça Muzeyinin Şuşa filialından oğurladıqları qiymətli xalçaları xarici ölkələrə satmışlar. Bu günlər həmin xalçaların geri qaytarılması üçün tədbirlər görülür.

Mədəniyyət naziri Anar Kərimov müsahibələrində bildirib ki, ermənilərin Şuşa muzeyindən oğurladığı eksponatların və xalçaların geri qaytarılması üçün müxtəlif beynəlxalq instansiyalar və konvensiyalar var. Ancaq təəssüflər olsun ki, orada məcburedici müddəalar yoxdur.

O deyib ki, beynəlxalq konvensiyalarda məsələ ilə bağlı boşluq var: “Həmin sənədlərdə beynəlxalq təşkilatların hansısa ölkədən oğurlanan eksponatları geri alması mexanizmi yoxdur. Hər bir halda bu məsələnin beynəlxalq səviyyədə qaldırılması və təbliğ olunması çox önəmlidir. Biz də bunu edirik.

Buna cavabdeh olan ən vacib təşkilat UNESCO-dur. Orada da hər hansı bir ölkədən mədəni sərvətlərin qeyriqanuni olaraq çıxarılmasını, mənimsənilməsini və s. halları qadağan edən konvensiya var. Biz də, Ermənistan da bu konvensiyanın üzvüyük. Bu konvensiyaya qoşulan ölkə kimi UNESCO-da iddialarımızı ortaya qoymuşuq, həmin irsin Azərbaycana aid olduğunu bildirmişik. Bu məsələ beynəlxalq müstəvidə müzakirə olunmalıdır”.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

25 Noyabr 2021 03:41 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə