Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” 2001-ci il 23 fevral tarixli 48 nömrəli və “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2013-cü il 18 fevral tarixli 25 nömrəli .......................qərarlarında dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il             29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli 902 nömrəli Fərmanının 1.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli              48 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 2, maddə 126; 2003, № 4, maddə 214, № 6, maddə 349; 2005, № 2, maddə 134; 2006, № 2, maddə 184, № 3, maddə 308; 2010, № 10, maddə 905; 2017, № 10, maddə 1888; 2019, № 7, maddə 1335; 2021, № 3, maddə 282, № 7, maddə 876) aşağıdakı dəyişikliklər edilsin:

   1.1. adında və 1-ci hissədə “və işsizlikdən sığorta haqlarının,” sözləri “, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının,” sözləri ilə əvəz edilsin;

1.2. aşağıdakı məzmunda 3-cü hissə əlavə edilsin:

“3. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezi-dentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.”;

   1.3. həmin Qərarla təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” üzrə:

   1.3.1. adında “və işsizlikdən sığorta haqlarının,” sözləri            “, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının,” sözləri ilə əvəz edilsin;

   1.3.2. 1.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

   “1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 87.4-cü və 87.5-ci maddələrinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun  9-1.2-ci maddəsinə, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-24.1-ci maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisindən və ya sığortaedəndən, habelə sığortalıdan düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş, rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının, eyni zamanda Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisinin (bundan sonra – büdcəyə artıq ödəmələr) məbləğlərinin qaytarılması qaydalarını müəyyən edir.”;

   1.3.3. 1.2.1-ci yarımbənddə “və işsizlikdən sığorta haqlarına” sözləri “, işsizlikdən sığorta, icbari tibbi sığorta üzrə sığorta haqlarına,” sözləri ilə əvəz edilsin və həmin yarımbənddən “, habelə vergi və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə” sözləri çıxarılsın;

   1.3.4. 1.2.2-ci yarımbənddə “və hesablanmış faizlərə münasibətdə isə İşsizlikdən Sığorta Fondunun büdcəsi.” sözləri        “, hesablanmış faizlərə və tətbiq edilmiş maliyyə sanksiyalarına münasibətdə İşsizlikdən Sığorta Fondunun, icbari tibbi sığorta haqlarına, hesablanmış faizlərə və tətbiq edilmiş maliyyə sanksi-yalarına münasibətdə isə icbari tibbi sığorta fondunun büdcəsi.” sözləri ilə əvəz edilsin;

   1.3.5. aşağıdakı məzmunda 1.2.3-1.2.6-cı yarımbəndlər əlavə edilsin:

   “1.2.3. rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları – təyinatı vergi, hesablanmış faiz və maliyyə sanksiyası olmayan, lakin benefisiar və büdcə təsnifat kodu üzrə rekvizitlərin səhv göstərilməsi nəticəsində həmin növ ödənişlər kimi dövlət büdcəsinə daxil olan vəsait;

   1.2.4. rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyat-larının səhv icra olunması nəticəsində səhv ödənilmiş məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları – təyinatı məcburi dövlət sosial sığorta haqqı, hesablanmış faiz və maliyyə sanksiyası olmayan, lakin benefisiar və büdcə təsnifat kodu üzrə rekvizitlərin səhv göstərilməsi nəticəsində həmin növ ödənişlər kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində dövlət sosial müdafiə fondunun büdcəsinə daxil olan vəsait;

   1.2.5. rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş işsizlikdən sığorta haqları, faizlər və maliyyə sanksiyaları – təyinatı işsizlikdən sığorta haqqı, hesablanmış faiz və maliyyə sanksiyası olmayan, lakin benefisiar və büdcə təsnifat kodu üzrə rekvizitlərin səhv göstərilməsi nəticəsində həmin növ ödənişlər kimi İşsizlikdən Sığorta Fondunun hesabına daxil olan vəsait;

   1.2.6. rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş icbari tibbi sığorta haqları, faizlər və maliyyə sanksiyaları – təyinatı icbari tibbi sığorta haqqı, hesablanmış faiz və maliyyə sanksiyası olmayan, lakin benefisiar və büdcə təsnifat kodu üzrə rekvizitlərin səhv göstərilməsi nəticəsində həmin növ ödənişlər kimi icbari tibbi sığorta fonduna daxil olan vəsait.”;

1.3.6. 2-ci hissənin adında “və ya sığortaedənin” sözləri           “, sığortaedənin və ya sığortalının” sözləri ilə əvəz edilsin;

1.3.7. 2.1-ci bənddə “vergi hesabatı dövrü qurtardıqdan sonra 3 (üç) il müddətində ondan düzgün tutulmamış və ya artıq ödənilmiş” sözləri “ondan düzgün tutulmamış və ya artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş” sözləri ilə əvəz edilsin;

1.3.8. aşağıdakı məzmunda 2.1-1-ci, 2.2-1-ci, 2.7-ci və 2.8-ci bəndlər əlavə edilsin:

“2.1-1. Sığortaedən ondan düzgün tutulmamış və ya artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya məcburi dövlət sosial sığorta haqqı ilə bağlı digər borcların, hesablanmış faizlərin, tətbiq edilmiş inzibati cərimələr və maliyyə sanksiyaları üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud sığortaedənin razılığı ilə məcburi dövlət sosial sığorta ilə bağlı sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini tələb etmək hüququna malikdir.

2.2-1. Sığortalı ondan düzgün tutulmamış və ya artıq ödənilmiş, habelə  rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarıl-masını, icbari tibbi sığorta haqqı ilə bağlı digər borcların, hesablanmış faizlərin, tətbiq edilmiş inzibati cərimələr və maliyyə sanksiyaları üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud sığortalının razılığı ilə icbari tibbi sığorta ilə bağlı sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini tələb etmək hüququna malikdir.

2.7. Rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə məbləğlər vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının müvafiq olaraq borcu olmadığı hallarda qaytarılır.

2.8. Riskli vergi ödəyiciləri tərəfindən artıq ödəmənin qaytarıl-ması ilə bağlı müraciət edildikdə, bu Qaydalarla müəyyən edilən müddətlər onların fəaliyyəti üzrə kameral və ya səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra tətbiq edilir.”;

1.3.9. 2.2-ci və 2.3-cü bəndlər aşağıdakı redaksiyada verilsin:

“2.2. Sığortaedən ondan düzgün tutulmamış və ya artıq ödənilmiş, habelə  rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya işsizlikdən sığorta haqqı ilə bağlı digər borcların, hesablanmış faizlərin, tətbiq edilmiş inzibati cərimələr və maliyyə sanksiyaları üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud sığortaedənin razılığı ilə işsizlikdən sığorta ilə bağlı sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini tələb etmək hüququna malikdir.

2.3. Bu Qaydaların 2.1-ci bəndində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına, işsizlikdən sığorta haqqına və icbari tibbi sığorta haqqına münasibətdə tətbiq edilmir.”;

1.3.10. 2.4-cü bənddən “və ya sığortaedən” sözləri, “işsizlikdən sığorta haqları, hesablanmış” sözləri, “vergi qanunvericiliyinin pozulmasına görə” sözləri çıxarılsın və həmin bənddə “və 2.2-ci bəndlərində” sözləri “bəndində” sözü ilə əvəz edilsin;

1.3.11. 2.6-cı bəndə “sabit məbləğin” sözlərindən sonra “və məcburi dövlət sosial sığorta haqqının” sözləri və ikinci halda “vergi” sözündən sonra “və məcburi dövlət sosial sığorta haqları” sözləri əlavə edilsin;

   1.3.12. 3.1-ci bənddə “sığortaedən isə Artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiya-larının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına” sözləri “sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına” sözləri ilə əvəz edilsin;

   1.3.13. 3.2-ci bənddə “və ya sığortaedənin” sözləri “, sığorta-edənin və ya sığortalının” sözləri ilə əvəz edilsin;

   1.3.14. aşağıdakı məzmunda 3.4-cü bənd əlavə edilsin:

   “3.4. Rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vəsaitlərin qaytarılması zamanı vergi ödəyicisi, sığortaedən və ya sığortalı ərizə ilə yanaşı təyinatı üzrə köçürülməsi nəzərdə tutulan vəsaitin səhv ödənildiyini təsdiq edən sənədləri də qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidir.”;

   1.3.15. 4.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“4.1. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar Vergi Məcəlləsinin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər:”;

1.3.16. 4.1.3-cü yarımbəndə “4.8-ci bəndində” sözlərindən əvvəl “4.1.3-1-ci yarımbəndində və” sözləri əlavə edilsin; 

1.3.17. aşağıdakı məzmunda 4.1.3-1-ci yarımbənd əlavə edilsin:

“4.1.3-1. Rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə məbləğlərin vergi ödəyicisinin borcu olmadığı halda 20 gün ərzində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər;”;

1.3.18. 4.2-ci bəndə “artıq ödənilmiş” sözlərindən sonra           “, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş” sözləri əlavə edilsin və həmin bənddən “hesablanmış”, “tətbiq edilmiş” sözləri çıxarılsın;

1.3.19. 4.2.1-ci yarımbənddən “məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə” sözləri çıxarılsın;  

1.3.20. 4.2.2-ci yarımbəndə birinci halda “borcların” sözündən sonra “, hesablanmış faizlərin” sözləri, “inzibati cərimələr” sözlə-rindən sonra “və maliyyə sanksiyaları” sözləri əlavə edilsin və həmin yarımbənddən “işsizlikdən sığorta haqlarını ödəməkdən yayınma və işsizlikdən sığorta qanunvericiliyinin pozulmasına görə” sözləri çıxarılsın;

1.3.21. 4.3-cü bəndə “artıq ödənilmiş” sözlərindən sonra          “, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş” sözləri əlavə edilsin və həmin bənddə “və hesablanmış faizlərlə” sözləri “, faizlər və maliyyə sanksiyaları ilə” sözləri ilə əvəz edilsin; 

1.3.22. 4.3.1-ci yarımbənddə “artıq ödəmələri” sözlərindən sonra “işsizlikdən sığorta haqları ilə bağlı digər borcların, hesablanmış faizlərin və” sözləri, “inzibati cərimələr” sözlərindən sonra “və maliyyə sanksiyaları” sözləri əlavə edilsin və həmin yarımbənddən “işsizlikdən sığorta haqlarını ödəməkdən yayınma və işsizlikdən sığorta qanunvericiliyinin pozulmasına görə” sözləri çıxarılsın;

1.3.23. aşağıdakı məzmunda 4.3-1-ci bənd əlavə edilsin:

“4.3-1. Vergi orqanları artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş icbari tibbi sığorta haqqı, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər:

4.3-1.1. büdcəyə artıq ödəmələri icbari tibbi sığorta haqqı ilə bağlı digər borcların, hesablanmış faizlərin, tətbiq edilmiş maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər;

4.3-1.2. sığortalının razılığı ilə büdcəyə artıq ödəmələri icbari tibbi sığorta ilə bağlı sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər;

4.3-1.3. büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin sığortalının yazılı ərizəsinə əsasən 45 gün ərzində qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər.”;

1.3.24. 4.3.2-ci yarımbənddən “məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə” sözləri çıxarılsın;

1.3.25. aşağıdakı məzmunda 4.4-1-ci bənd əlavə edilsin:

“4.4-1. İcbari tibbi sığorta haqları üzrə artıq ödəmələrin vergilər, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borc məbləğləri ilə əvəzləşdirilməsinə, vergilər, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə artıq ödəmələrin icbari tibbi sığorta haqları üzrə borc məbləğləri ilə əvəzləşdirilməsinə yol verilmir.”;

1.3.26. 4.5-ci bəndə “və ya bu Qaydaların” sözlərindən sonra “4.1.3-1-ci yarımbəndində və” sözləri əlavə edilsin, həmin bənddə “vergi ödəyicisinin və ya sığortaedənin” sözləri “vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının” sözləri ilə və “(məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına münasibətdə müvafiq olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun xəzinə hesabından)” sözləri “(məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına münasibətdə müvafiq olaraq dövlət sosial müdafiə fondunun, işsizlikdən sığorta fondunun və icbari tibbi sığorta fondunun xəzinə hesabından)” sözləri ilə əvəz edilsin;

1.3.27. 4.6-cı bəndə “çıxarış və” sözlərindən sonra “İnforma-siya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə” sözləri əlavə edilsin;

1.3.28. 4.7-ci bənd aşağıdakı redaksiyada verilsin:

“4.7. Sığortaedənin büdcəyə məcburi dövlət sosial sığorta haqqı üzrə artıq ödəmələri bu Qaydaların 4.2.1-ci və 4.2.2-ci yarımbəndləri, işsizlikdən sığorta haqqı üzrə artıq ödəmələri bu Qaydaların 4.3.1-ci və 4.3.2-ci yarımbəndləri, habelə sığortalının icbari tibbi sığorta haqqı üzrə artıq ödəmələri bu Qaydaların         4.3-1.1-ci yarımbəndi üzrə ödəmələrə aid edildikdə, Vergi Məcəlləsində başqa hallar nəzərdə tutulmadıqda, vergi orqanları sığortaedənin və ya sığortalının tələbi ilə ona şəxsi vərəqədən çıxarış və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə üzləşmək aktı verir, həmçinin rübdə bir dəfə rüb başa çatdıqdan sonra 20 gün ərzində ona bildiriş göndərirlər.”; 

1.3.29. 4.10-cu bənddə “və ərizənin surəti” sözləri “, ərizənin və şəxsi vərəqədən çıxarışın surətləri” sözləri ilə əvəz edilsin və həmin bəndə “Qaydaların” sözündən sonra “4.1.3-1-ci yarımbən-dində və” sözləri əlavə edilsin;

1.3.30. 4.11-ci bənd aşağıdakı redaksiyada verilsin:

“4.11. Məcburi dövlət sosial, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə artıq ödəmələrin qaytarılması barədə vergi orqanları tərəfindən tərtib olunmuş rəyin (5 nömrəli əlavə) 1 (bir) nüsxəsi, ərizənin və şəxsi vərəqədən çıxarışın surətləri sığorta-edənin və ya sığortalının ərizəsi daxil olduğu tarixdən 20 gün müddətində artıq ödəmənin qaytarılmalı olduğu müvafiq sosial təminatı və müdafiəni həyata keçirən orqana və ya icbari tibbi sığortanın tətbiqini təmin edən quruma, 1 (bir) nüsxəsi bu Qaydaların 4.10-cu bəndində nəzərdə tutulmuş qaydada müvafiq maliyyə orqanına və 1 (bir) nüsxəsi büdcəyə artıq ödəmələri olan sığortaedənə və ya sığortalıya göndərilir. Həmin rəyin 1 (bir) nüsxəsi vergi orqanında qalmalıdır.”;

1.3.31. 4.12-ci bənd üzrə:

1. “məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulma-sına görə” sözləri çıxarılsın;

2. “orqanların” sözündən sonra “, icbari tibbi sığortaya münasibətdə isə icbari tibbi sığortanın tətbiqini təmin edən qurumun” sözləri əlavə edilsin;

3. “vergi ödəyicisinin və ya sığortaedənin” sözləri “vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının” sözləri ilə əvəz edilsin;

1.3.32. 4.14-cü bənd aşağıdakı redaksiyada verilsin:

   “4.14. Vergi orqanları sığortaedənin məcburi dövlət sosial sığorta haqqı üzrə artıq ödəmələrini bu Qaydaların 4.2.1-ci və   4.2.2-ci yarımbəndləri, işsizlikdən sığorta üzrə artıq ödəmələrini bu Qaydaların 4.3.1-ci və 4.3.2-ci yarımbəndləri, habelə sığortalının icbari tibbi sığorta haqqı üzrə artıq ödəmələrini bu Qaydaların       4.3-1.1-ci bəndi üzrə ödəmələrə aid etdikdə, bu barədə Qaydaların 4.10-cu bəndində nəzərdə tutulmuş qaydada müvafiq maliyyə orqanına, sosial təminatı və müdafiəni həyata keçirən orqana və ya icbari tibbi sığortanın tətbiqini təmin edən quruma müvafiq məlumatları rüb qurtardıqdan sonra növbəti ayın 10-dək təqdim etməlidirlər.”;

1.3.33. 4.15-ci bənddə “vergi ödəyicisinə və ya sığortaedənə” sözləri “vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya” sözləri ilə əvəz edilsin;

1.3.34. 5-ci hissənin adında birinci halda “və” sözü vergül işarəsi ilə əvəz edilsin və həmin hissəyə “sosial təminatı və müdafiəni həyata keçirən orqanların” sözlərindən sonra “və icbari tibbi sığortanın tətbiqini təmin edən qurumun” sözləri əlavə edilsin;

1.3.35. 5.1-ci bənddə birinci halda “və” sözü vergül işarəsi ilə əvəz edilsin və həmin bəndə “sosial təminatı və müdafiəni həyata keçirən orqanlar” sözlərindən sonra “və icbari tibbi sığortanın tətbiqini təmin edən qurum” sözləri “rəyləri” sözündən sonra             “, ərizənin və şəxsi vərəqədən çıxarışın surətlərini” sözləri əlavə edilsin;

1.3.36. 5.2-ci bənddə “və ərizələrin surəti” sözləri “, ərizələrin və şəxsi vərəqədən çıxarışın surətləri” sözləri ilə, “4.8-ci bəndində” sözləri “4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində” sözləri ilə əvəz edilsin;

1.3.37. 5.3-cü bəndin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Sosial təminatı və müdafiəni həyata keçirən orqanlar və icbari tibbi sığortanın tətbiqini təmin edən qurum sığortaedənin və ya sığortalının müvafiq olaraq həmin orqanda (qurumda) qeydiyya-tından asılı olmayaraq, vəsaitin daxil olduğu xəzinə hesabının məxsus olduğu sosial təminatı və müdafiəni həyata keçirən orqanlar və icbari tibbi sığortanın tətbiqini təmin edən qurum vəsaitin nağdsız qaydada qaytarılmasını təmin etməlidirlər.”;

1.3.38. 5.4-cü bəndin ikinci cümləsinə “orqanlar” sözündən sonra “və icbari tibbi sığortanın tətbiqini təmin edən qurum” sözləri və “işsizlikdən sığorta” sözlərindən sonra “və icbari tibbi sığorta” sözləri əlavə edilsin;

1.3.39. 5.5-ci bəndin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“dövlət sosial müdafiə fondunun, işsizlikdən sığorta fondunun və icbari tibbi sığorta fondunun mədaxili müvafiq olaraq məcburi dövlət sosial, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə artıq ödəmələrin faktiki qaytarılmış məbləği qədər azaldılır.”;

1.3.40. 6.1-ci bəndin birinci cümləsində “Vergi ödəyicisi və ya sığortaedən” sözləri “Vergi ödəyicisi, sığortaedən və ya sığortalı” sözləri ilə, “vergi ödəyicisinə və ya sığortaedənə” sözləri “vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya” sözləri ilə əvəz edilsin;

1.3.41. 6.2-ci bənd üzrə:

1. “Vergi ödəyicisinin və ya sığortaedənin” sözləri “Vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının” sözləri ilə əvəz edilsin;

2. “Qaydaların” sözündən sonra “4.1.3-1-ci yarımbəndinin və” sözləri əlavə edilsin;

3. “vergi ödəyicisinə və ya sığortaedənə” sözləri “vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya” sözləri ilə əvəz edilsin; 

1.3.42. 6.3-cü bənddə “vergi ödəyicisinin və ya sığortaedənin” sözləri “vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının” sözləri ilə əvəz edilsin;

1.3.43. Qaydaların 1-5 nömrəli əlavələrinin yuxarı sağ küncündə “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”na” sözləri “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”na” sözləri ilə əvəz edilsin;

1.3.44. Qaydaların 3 nömrəli əlavəsi üzrə:

1. adında “və işsizlikdən sığorta haqlarının, onlara hesab-lanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunveri-ciliyinin pozulmasına görə tətbiq edilmiş” sözləri “, işsizlikdən sığorta haqlarının və icbari tibbi sığorta haqlarının, faizlərin,” sözləri ilə əvəz edilsin;

2. mətndə “və işsizlikdən sığorta haqları” sözləri “, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları” sözləri ilə əvəz edilsin;

3. “sığortaedənin” sözündən sonra “və ya sığortalının” sözləri əlavə edilsin; 

1.3.45. Qaydaların 4 nömrəli əlavəsində “Vergi orqanının” sözləri “Vəsaitlərin büdcəyə daxil edilməsini təmin edən orqanın” sözləri ilə və “baş direktoru (direktoru) və ya onun müavini” sözləri “rəhbəri və ya onu əvəz edən səlahiyyətli şəxs” sözləri ilə əvəz edilsin;

1.3.46. Qaydaların 5 nömrəli əlavəsi üzrə:

1. adında “məcburi dövlət sosial və işsizlikdən sığorta haqları” sözləri “və ya sığortalının məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları” sözləri ilə əvəz edilsin;

2. “Vergi orqanının” sözləri “Vəsaitlərin büdcəyə daxil edilməsini təmin edən orqanın” sözləri ilə əvəz edilsin;

3. birinci və ikinci hallarda “Sığortaedənin” sözündən sonra “və ya sığortalının” sözləri və “sığortaedənin” sözündən sonra “və ya sığortalının” sözləri əlavə edilsin;

4. “rəy tərtib olunan tarixə büdcəyə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta” sözləri “və ya sığortalının rəy tərtib olunan tarixə büdcəyə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta” sözləri ilə əvəz edilsin;

5. “baş direktoru (direktoru) və ya onun müavini” sözləri “rəhbəri və ya onu əvəz edən səlahiyyətli şəxs” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il    18 fevral tarixli 25 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 2, maddə 194; 2015, № 5, maddə 636; 2017, № 7, maddə 1483, № 11, maddə 2161) ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 1.2-ci bəndində “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları” sözləri “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” sözləri ilə əvəz edilsin.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri,  22  noyabr  2021-ci il      №  365

 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə