Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi Proqram”ın təsdiq edilməsi haqqında” 2019-cu il 11 aprel tarixli 157 nömrəli “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsinin (şəxslərinin), habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair hazırlığının və yenidən hazırlığının keçirilməsi Qaydası”nın təsdiq  edilməsi  haqqında” 2020-ci  il  8 iyul  tarixli  247  nömrəli

qərarlarında dəyişiklik edilməsi barədə

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il    11 aprel tarixli 157 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 751, № 6, maddə 1158; 2020, № 10, maddə 1291; 2021, № 4, maddə 411) ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi Proqram”da aşağıdakı dəyişikliklər edilsin:

1.1. Xüsusi Proqrama 3 nömrəli əlavə - “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Tədris Proqramı” üzrə:

1.1.1. 20-ci hissə aşağıdakı redaksiyada verilsin:

           

20.

Avtobus simulyatorunda təlim və ya avtobuslarda sürmə təlimi:

mürəkkəb yol şəraitində və dar keçidlərdə manevretmə;

hərəkətin intensivliyi çox olan yollarda və sutkanın qaranlıq vaxtında avtobusların hərəkəti;

ekoloji səmərəliliyin təmin edilməsi, yanacaq sərfiyyatının azaldılması və  yanacağa qənaət məqsədilə avtobusların “ekosürmə” üsulu ilə idarə edilməsi

6

2

4

 

        1.1.2. “Cəmi” sətrində “48” rəqəmləri “50” rəqəmləri ilə, “34” rəqəmləri “36” rəqəmləri ilə əvəz edilsin;

        1.2. Xüsusi Proqrama 4 nömrəli əlavə - “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Tədris Proqramı” üzrə:

            1.2.1. 17-ci hissə aşağıdakı redaksiyada verilsin:

 

17.

Yük avtonəqliyyat vasitəsinin simulyato-runda təlim və ya yük avtonəqliyyat vasitəsində sürmə təlimi:

mürəkkəb yol şəraitində və dar keçidlərdə manevretmə;

hərəkətin intensivliyi çox olan yollarda və sutkanın qaranlıq vaxtında yük avtonəqliyyat vasitələrinin hərəkəti;

ekoloji səmərəliliyin təmin edilməsi, yanacaq sərfiyyatının azaldılması və yanacağa qənaət məqsədilə yük avtonəqliyyat vasitələrinin “ekosürmə” üsulu ilə idarə edilməsi

6

2

4

           

1.2.2. “Cəmi” sətrində “44” rəqəmləri “46” rəqəmləri ilə, “36” rəqəmləri “38” rəqəmləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il       8 iyul tarixli 247 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 977) ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsinin (şəxslərinin), habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair hazırlığının və yenidən hazırlığının keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. Qaydaya 2 nömrəli əlavə - “Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair Proqram” üzrə:

2.1.1. 12.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

           

12.1.

- mürəkkəb yol şəraitində və dar keçidlərdə manevretmə;

- hərəkət intensivliyi çox olan yollarda və sutkanın qaranlıq vaxtında hərəkət;

- ekoloji səmərəliliyin təmin edilməsi, yanacaq sərfiyyatının azaldılması və  yanacağa qənaət məqsədilə yük avtonəqliyyat vasitələrinin “ekosürmə” üsulu ilə idarə edilməsi

7

2

5

 

2.1.2. “Cəmi” sətrində “79” rəqəmləri “81” rəqəmləri ilə, “61” rəqəmləri “63” rəqəmləri ilə əvəz edilsin;

2.2. Qaydaya 3 nömrəli əlavə - “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin daşımalarını həyata keçirən sürücülərin peşə-karlıq səriştəsinə dair Proqram” üzrə:

2.2.1. 13.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

 

 

13.1.

- mürəkkəb yol şəraitində və dar keçidlərdə manevretmə;

- hərəkət intensivliyi çox olan yollarda və sutkanın qaranlıq vaxtında hərəkət;

- ekoloji səmərəliliyin təmin edilməsi, yanacaq sərfiyyatının azaldılması və yanacağa qənaət məqsədilə avtobusların “ekosürmə” üsulu ilə idarə edilməsi

7

2

5

           

2.2.2. “Cəmi” sətrində “66” rəqəmləri “68” rəqəmləri ilə, “50” rəqəmləri “52” rəqəmləri ilə əvəz edilsin.

 Əli Əsədov

 Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri,  20  noyabr  2021-ci il     №  362

 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə