Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FHN proqnozlaşdırılan qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) proqnozlaşdırılan qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

FHN-in mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, müraciətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin noyabrın 24-də günün ikinci yarısından başlayaraq noyabrın 27-dək ölkə ərazisində hava şəraitinin kəskin dəyişərək qeyri-sabit və yağıntılı keçəcəyi, xüsusilə güclü külək əsəcəyi ilə bağlı proqnozu əhalinin diqqətinə çatdırılıb.

Bununla əlaqədar nazirlik əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına riayət olunmasını tövsiyə edir: “Xüsusilə, bir sıra ərazilərdə, o cümlədən Bakıda və Abşeron yarımadasında gözlənilən güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli davranaraq yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin güclü küləyin baş verən yanğınların söndürülməsi prosesini mürəkkəbləşdirdiyini nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!”.

24 Noyabr 2021 14:43 - EKOLOGİYA
EKOLOGİYA
18 Yanvar 2022 | 17:58
Sabahın HAVA PROQNOZU
14 Yanvar 2022 | 18:03
Sabahın HAVA PROQNOZU
13 Yanvar 2022 | 16:11
Türkiyədə zəlzələ olub

Köhnə versiyamızdan xəbərləri izlə