Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AMEA Biologiya və Tibb Elmləri Bölməsinin ümumi yığıncağı keçirilib

AMEA Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Elmi şurasının ümumi yığıncağı keçirilib.

  AMEA-dan "Xalq qəzeti"nə verilən məlumata görə, iclası AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri akademik İradə Hüseynova açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Akademik iştirakçılara noyabrın 8-10-dək AMEA-nın təşkilatçılığı ilə Zəfər Günü və şəhidlərin xatirəsinə həsr edilmiş İkinci Beynəlxalq Qarabağ – Tətbiqi Elmlər Konqresi, eləcə də AMEA ilə Türkiyənin 9 Eylül Universitetinin birgə elmi seminarı, Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya, aqrar və tibb elmləri üzrə Problem Şurasının son iclasları barədə məlumat verib.

Sonra gündəlikdəki məsələlər müzakirə olunub.

Müzakirəyə çıxarılan birinci məsələ AMEA-nın Mərkəzi Nəbatat Bağının baş direktoru vəzifəsinə seçkilərin keçirilməsi olub. Akademik İradə Hüseynova bildirib ki, həmin vəzifəyə Natiq Allahverdiyevin namizədliyi irəli sürülür. İradə Hüseynova namizədin həyat yolu, elmi-təşkilati fəaliyyəti ilə bağlı məlumat verib.

Aparılan müzakirələrdə akademiklər Qərib Məmmədov, Tariyel Talıbov, AMEA-nın müxbir üzvləri Elşad Qurbanov, İbrahim Cəfərov, İbrahim Əzizov, Zeynal Əkpərov və başqaları çıxış edərək Natiq Allahverdiyevin təşkilatçılıq bacarıqlarını, qısa müddətdə AMEA-nın Mərkəzi Nəbatat Bağında apardığı fəaliyyəti yüksək qiymətləndiriblər.

Sonra Natiq Allahverdiyev açıq səsvermə yolu ilə AMEA-nın Mərkəzi Nəbatat Bağının baş direktoru vəzifəsinə seçilib və təsdiq edilməsi üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması barədə qərar qəbul olunub.

AMEA-nın Mərkəzi Nəbatat Bağının strukturunda Sənədlərlə iş şöbəsinin yaradılması məsələsinə də baxılıb və müsbət qərar verilib.

Akademik İradə Hüseynova noyabrın 25-27-də Rusiya Elmlər Akademiyasının nümayəndə heyətinin Bakıya səfəri, 2021-ci il üzrə illik hesabatların keçirilməsi və s. məsələlər barədə məlumat verib.

24 Noyabr 2021 10:53 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə