Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın və Türkiyənin Rabitə administrasiyaları arasında ikitərəfli radiotezliklərin koordinasiya görüşü keçirilib

Azərbaycanın və Türkiyənin Rabitə administrasiyaları arasında ikitərəfli radiotezliklərin koordinasiya görüşü keçirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, Ankara şəhərində Azərbaycan Respublikasının və Türkiyə Respublikasının Rabitə administrasiyaları arasında rəqəmsal TV və radio yayımı stansiyaları, mobil rabitə şəbəkələri üzrə radiotezlik təyinatlarının razılaşdırılmasına dair ikitərəfli koordinasiya iclası keçirilib.

İclasda ölkəmizi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi, Dövlət Radiotezliklər İdarəsi, eləcə də mobil rabitə operatorlarının nümayəndələri təmsil ediblər.

Hər iki ölkənin sərhədyanı ərazilərində rəqəmsal radio və televiziya yayımının tezlikləri və digər texniki parametrləri, koordinasiyanın prinsip və meyarları, mobil sistemlər üçün tezliklərdən istifadə və texniki parametrlər müzakirə olunaraq tərəflər arasında razılaşdırılıb.

20 Noyabr 2021 11:48 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə