Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Apple” smartfonların evdə təmiri üçün avadanlıq satışına başlayır

"Apple" şirkəti smartfonların təmiri ilə evdə məşğul olmaq istəyənlərə orijinal hissələr və alətlər paneli təqdim edəcək.

 

"Xalq qəzeti" xəbər verir ki, bu barədə şirkətin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

 

Məlumata görə, "iPhone 12" və "iPhone 13" sahibləri akkumulyator, ekran və kamera modulu kimi ən vacib ehtiyat hissələrini birbaşa “Apple”dan ala biləcəklər.

 

Təmir üçün 200-dən çox hissə və alət satışa çıxarılcaq.

 

Ehtiyat hissələrinin satışı gələn ilin əvvəlindən ABŞ-da başlayacaq və 2022-ci ildə digər ölkələrə yayılacaq.

19 Noyabr 2021 12:42 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə