Ən son xəbərlər
Yaponiyanın “JR East” dəmir yolu şirkətinin əməkdaşları ilk dəfə maşinistsiz sürət qatarının sınaqlarını keçiriblər.
Bildirilir ki, “Shinkansen” adlı sürət qatarının sınaqları Niqata prefekturasındakı dəmir yolu xəttində keçirilib. Baş vaqonda olan maşinist bu zaman idarəetmə panelinə toxunmayıb və yalnız baş verənlərə nəzarət edib. Sınaqlar zamanı, “Shinkansen” qatarı saatda 100 kilometr sürətlə hərəkət edib. Bu zaman ştatdankənar heç bir vəziyyət qeydə alınmayıb.
Məlumatı NHK “World” yayıb.
Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə