Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Azərpoçt"un yeni layihəsi çərçivəsində 1 000-ə yaxın bağlama təhvil verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC “Sədərək” Ticarət Mərkəzindən alınan məhsulların Bakı və bölgələr üzrə çatdırılması xidmətini uğurla davam etdirir.

MMC-dən “Xalq qəzeti”nə verilən məlumata görə, yeni xidmət vasitəsilə göndərişlərin sərfəli qiymətə və təhlükəsiz şəraitdə respublikanın istənilən bölgəsinə (Naxçıvan Muxtar Respublikası daxil olmaqla) çatdırılması təmin olunur.

Layihə çərçivəsində göndərişlərin sayı gündən-günə artır ki, bu da müştərilərin məmnuniyyət səviyyəsinin bariz nümunəsidir.

Belə ki, noyabr ayının ilk yarısında göndərilən bağlamaların sayında oktyabr ayına nisbətən iki dəfə artım müşahidə edilib. Qısa müddət ərzində 1 000-ə yaxın bağlama ünvanlara təhvil verilib. Göndərişlərin əksəriyyəti “Sədərək” Ticarət Mərkəzində onlayn ticarət vasitəsilə satılan məhsullardır.

Qeyd edək ki, vətəndaşlar ölkədaxili ən sürətli və sərfəli poçt xidmətlərini təqdim edən “Azərpoçt”a müraciət etməklə qeyd edilən ticarət mərkəzindən alınan məhsulları (qida və tez xarab olan mallar istisna olmaqla) birbaşa ünvanlarında əldə edə bilərlər. Xatırladaq ki, xidmət onlayn sifarişlərə də şamil olunur.

16 Noyabr 2021 18:09 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə