Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ukrayna enerji təhlükəsi qarşısında

Kiyev şəhərinin meri Vitali Kliçko “Ukraina 24” telekanalı ilə çıxış edərək bildirib ki, ölkə işıqsız və istiliksiz qala bilər. Buna səbəb kömür qıtlığıdır.

Şəhər meri qeyd edib ki, ölkədə fəaliyyət göstərən 12 istilik-elektrik stansiyasında (İES) kömür və qaz çatışmır. Qazaxıstandan gələn kömür də hələ mənzilə çatmayıb. Digər tərəfdən havaların soyuq keçməsi də işi çətinləşdirir. Əgər havanın temperaturu 15 dərəcə şaxtanı keçsə, onda Ukrayna işıq­sız və istiliksiz qala bilər.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sabiq kati­bi Aleksey Danilyuk bildirib ki, noyabrın 17-dən etibarən Kiyev və Xmelnitski vilayətlərinin kəndlərinə səhər saat 8:00-dan axşam saat 18:00-dək elektrik enerjisinin verilişi dayandırılacaq. Bu barədə artıq kənd sakinlərinə məlumat verilib.

Lakin Ukraynanın Baş naziri Denis Şmıqal Kiyev meri Vitali Kliçko ilə mübahisə edib. Baş nazir bildirib ki, ölkədə lazım olan qədər kömür ehtiyatı və qaz var. Lakin V. Kliçko mütəxəssislərin rəyinə əsaslandığını bildirib.

“RBK Ukraina”nın məlumatına görə, Ukraynada avqust ayından kömür qıtlığı yaranıb. Hazırda mütəxəssislər və energetiklər böhrandan çıxmaq üçün yollar axtarırlar.

Qəzənfər QASIMOV,

“Xalq qəzeti”

13 Noyabr 2021 01:55 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
26 May 2022 | 08:00
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə