Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Culian Assanja həbsxanada evlənməyə razılıq verilib

 

 

“WikiLeaks”ın yaradıcısı Culian Assanja həbsxanada evlənməyə razılıq verilib.

Londonda həbsxanada olan Culian Assanjın həyat yoldaşı Stella Morris olacaq. Onlar 10 ildir ki, tanışdırlar. Cütlüyün bu tanışlıqdan iki oğlu var.

Uşaqlar Culian Assanj Britaniyadakı Ekvador səfirliyinə sığınanda dünyaya gəlib.

Culian Assanj və Stella Morris evlənmək üçün Britaniya Ədliyyə Nazirliyinin məhkəməsinə müraciət ediblər. Məhkəmə onların hüquqlarını təmin edib.

Qeyd edək ki, Culian Assanj artıq 2 ildir ki, Londonda həbsxanadadır. Bu ilin yanvar ayında Krallıq onu ABŞ-a verməkdən imtina etdi. ABŞ Məhkəməsinin qərarı ilə Culian Assanjı 175 illik həbs cəzası gözləyir.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

13 Noyabr 2021 01:54 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
26 May 2022 | 08:00
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə