Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ və Ukrayna arasında yeni xartiya imzalanıb

ABŞ və Ukrayna arasında strateji tərəfdaşlıq haqqında yenilənmiş xartiya imzalanıb. Bu barədə ABŞ-ın Dövlət katibi Entoni Blinken bəyan edib. Məlumatı “İnterfaks.ru” verib.

Blinken Vaşinqtonda Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba ilə birgə keçir­diyi mətbuat konfransında deyib: “ABŞ və Ukraynanın strateji tərəfdaşlıq haq­qında yenilənmiş xartiyası Vaşinqtonun Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə dönməz sadiqli­yini təsdiq edir”.

Onun sözlərinə görə, sənəddə əməkdaşlığın əsas sahələri, xüsusilə, təhlükəsizlik və iqtisadi transformasiya məsələləri qeyd edilib: “ABŞ Ukraynaya enerji sektorunun liberallaş­dırılmasında və energetika sahəsində müstəqilliyin təmin olunmasında kömək etmək niyyətindədir. Eyni zamanda, söhbət enerji ehtiyatları nəqlinin diversifi­kasiyasından, Avropa elektrik təchizatı sisteminə inteq­rasiyadan, atom sahəsinin modernləşdirilməsindən, kömürdən istifadəyə son qoyulmasından gedir”.

Sənəddə bildirilir ki, ABŞ Rusiyanın “energetikadan geosiyasi silah kimi istifadə etməməsi” üzərində işləməyə hazırdır. Birləşmiş Ştatlar həm də “Ukraynanın korrup­siyaya qarşı mübarizə üzrə səylərini dəstəkləməkdə davam edəcəyini” vəd verib.

Blinken bəyan edib ki, Vaşinqton “Ukray­na–Rusiya sərhədindəki gərginlikdən” narahatdır, çün­ki “2014-cü il hadisələrinin təkrarlanmasından” ehtiyat edir. ABŞ administrasiyası tərəfdaşları ilə birgə Rusiya­ya təzyiq göstərməyə çalışır ki, Rusiya qazı Ukrayna ərazisindən nəql edilsin.

Dövlət katibi əlavə edib ki, ABŞ administrasiyası Ukraynaya hərbi köməyin təmin edilməsi üçün Konqreslə danışıq apara­caq: “Biz Ukraynaya ehtiyac duyduğu müdafiə silahları­nın göndərilməsinə təminat verməliyik”.

Kuleba isə qeyd edib ki, ABŞ-ın istənilən köməyi Ukrayna üçün məqbuldur: “Biz müdafiə potensialımızın möhkəmlənməsinə kömək edən hər şeydə maraqlıyıq”.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

 

12 Noyabr 2021 01:30 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
26 May 2022 | 08:00
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə