Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çavuşoğlu miqrant problemini polşalı həmkarı ilə müzakirə edib

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu dünən Polşadan olan həmkarı Zbiqnev Rau ilə telefonla danışaraq, onunla Polşa–Belarus sərhədində son günlər yaranmış kəskin miqrant böhranını müzakirə edibdir. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu dünən Polşadan olan həmkarı Zbiqnev Rau ilə telefonla danışaraq, onunla Polşa–Belarus sərhədində son günlər yaranmış kəskin miqrant böhranını müzakirə edibdir. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Mövlud Çavuşoğlu bildirib ki, bəzi dairələr onun ölkəsinin adını yanlış olaraq Polşa–Belarus arasında meydana çıxan miqrant problemində hallandırır­lar. Nazirin sözlərinə görə, bunlar, tamamilə əsassız iddialardır və Türkiyənin bu prosesin yaranmasında və kəskin xarakter almasında heç bir iştirakı yoxdur.

Türkiyənin Xarici İşlər naziri bu ölkənin aparıcı hava nəqliyyatı şirkəti olan “Turkish Airlines”ə qarşı səslənən iddiaları da “yersiz və mənasız” adlandırıb. Belə ki, Türkiyənin hava nəqliyyatı üzrə şirkətləri miqrantların qanunsuz yolla daşınmasın­da heç vaxt iştirak etməyiblər və təbii ki, bundan sonra da iştirak etməyəcəklər.

Türkiyənin xarici siyasət idarəsinin rəhbəri, həmçinin bildirib ki, belə qərəzli in­formasiyaların ictimaiyyətə çatdırılmasının qarşısı qətiyyətlə alınmalıdır və əsl həqiqət üzə çıxarılmalıdır. O, polşalı həmkarına vəziyyəti aydınlaşdırmaq üçün tex­niki ekspertlər qrupunun Türkiyəyə göndərilməsini təklif edib.

Xatırladaq ki, bir çox Şərq, xüsusilə, ərəb ölkələrindən Avropa ölkələrinin ərazilərinə daxil olmağa çalışan minlərlə miqrant son günlər qeyri-qa­nuni yollarla Belarus–Polşa sərhədinə toplaşıblar. Polşa rəsmiləri bunu Rusiya və Belarus dövlətləri tərəfindən Varşavaya qarşı həyata keçirilən təzyiq və şantaj kimi dəyərləndirirlər. Rusiya və Belarus rəsmiləri bu ittiham­ları təkzib edirlər.

Bu arada Belarusun dövlət sərhəd nəzarət xidməti bəyan edib ki, Polşa hərbçiləri sərhəddə miq­rantlara qarşı hərbi silahdan istifadə ediblər. Varşava hələlik bu faktı nə təsdiq, nə də inkar edib.

M.HACIXANLI, “Xalq qəzeti”

 

12 Noyabr 2021 01:00 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
26 May 2022 | 08:00
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə