Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi AÇIQ TENDER ELAN EDIR

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi

tərəfindən Bakı şəhəri, Neftçilər prospekti 103 və Əziz Əliyev küçəsi 1, 5, 7 və 9 nömrəli ünvanlardakı yaşayış binalarının xarici fasad divarlarının və eyvanlarının texniki vəziyyəti haqqında rəyin satın alınması üçün

AÇIQ TENDER ELAN EDIR

Tender 1 lot üzrə keçirilir.

Lot-1. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Bakı şəhəri, Neftçilər prospekti 103 və Əziz Əliyev küçəsi 1, 5, 7 və 9 nömrəli ün­vanlardakı yaşayış binalarının xarici fasad divarları­nın və eyvanlarının texniki vəziyyəti haqqında rəyin satın alınması.

Müqavilənin icra müddəti 1 (bir) ay müəyyən edilir.

Tender iştirakçılarına təklif edilir ki, dövlət satı­nalmalarının https://etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən he­saba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsi ilə təqdim edə bilərlər. Tenderdə iştirak etmək istəyənlər 130 (yüz otuz manat) manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürməlidirlər.

VÖEN- 1700711731

H/h- AZ20IBAZ38090019446067875204

Bank - “Azərbaycan Beynəlxalq Bankı”nın Mərkəz filialı

Kod- 805722

M/h- AZ03NABZ01350100000000002944

VÖEN BANK- 9900001881

SWIFT: IBAZAZ2X

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqa­nından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesaba­tının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haq­qında bank arayışı;

- digər sənədlər- analoji işlərin yerinə yetirilməsi barədə iddiaçının potensial imkanları haqqında məlumat.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə əlaqədar sualları portal vasitəsilə satınalan təşkilata ünvanla­ya bilərlər.

Tender proseduru “Dövlət satınalmaları haqqın­da” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri 22 noyabr 2021-ci il saat 11.00-a, tender təklifi və bank təminatı sənədlərini isə 30 noyabr 2021-ci il saat 17.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 1 dekabr 2021-ci il saat 11.00-da açılacaqdır.

İddiaçılar açılışın nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.

Qeyd-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsi ilə aparılır.

Tender komissiyası

30 Oktyabr 2021 00:19 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Köhnə versiyamızdan xəbərləri izlə