Ən son xəbərlər
Gəncə Şəhər İcra Hakimiyyəti
2021-ci ildə 222990-cı xərc maddəsi üzrə (sair xərclər) iqtisadi təsnifat üçün Gəncə şəhərində bəzi küçə və prospektlərdə, avtomobil yollarında nişanlama xətlərinin çəkilməsi məqsədilə yol cizgi boyası və ona əlavə olunacaq qatqıların (bundan sonra məhsul) satın alınmasından ötrü
kotirovka sorğusu elan edir
Kotirovka sorğusunda iştirak etmək istəyən iddiaçılar təkliflərini möhürlənmiş zərflərdə 12 noyabr 2021-ci il saat 15.00-a qədər Gəncə Şəhər İcra Hakimiyyətinin tender komissiyasına təqdim etməlidirlər.
Zərflər 15 noyabr 2021-ci il saat 15.00-da açılacaqdır. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçılar Gəncə şəhəri, Heydər Əliyev meydanında inzibati binaya müraciət edə və +994 22 256-10-39 nömrəli telefonla əlaqə saxlaya bilərlər.
İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.
Köhnə versiyamızdan xəbərləri izlə