Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti AÇIQ TENDER ELAN EDİR

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti

“Tovuz rayonunun Yuxarı Öysüzlü kəndinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Öysüzlü arxının yenidən qurulmasının və layihə sənədlərinin hazırlanması işlərinin elektron qaydada satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiy­yatı işlər üzrə ixtisas uyğunluğu.

Tenderlə əlaqədar məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət etmək lazımdır.

Əlaqələndirici şəxs – Qulam Aslanov.

Ünvan - Bakı şəhəri, Moskva prospekti 69a.

Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti

E-mail: [email protected]

Telefon -431-08-64; Faks 430-79-57.

Tenderin əsas şərtlər toplusunu elektron qaydada etender.gov.az saytında 200 manat (iki yüz manat) məbləğdə vəsaiti ödədikdən sonra almaq olar.

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər;

- vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olma­ması haqqında arayış;

- son maliyyə dövrünə olan məlumatı əks etdirməklə iddiaçıların fəaliyyəti haqqında vergi orqanları tərəfindən verilmiş maliyyə hesabatının surəti;

- maliyyə vəziyyəti barədə bank arayışı;

- son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haq­qında arayış;

- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə vergi orqanınından arayış (yüklülük arayışı);

- qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri, dövlət reyestrindən çıxarışın, nizamnamənin və şəhadətnamənin surəti;

- layihə lisenziyası;

- iddiaçının mikro, kiçik, orta və iri sahibkar­lıq subyektlərinə aid olması ilə bağlı məlumat. Arayış (son dövr üçün) Dövlət Statistika Komitəsindən alınır;

- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində cinayətə görə məhkum olun­maması barədə məlumatlar;

- tender təkliflərini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- sənədlər şərtlər toplusuna uyğun hazırlanıb təqdim olunmalıdır.

- tender təklifi (tender təklifi zərflərin açıl­dığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

- satınalan təşkilat tender təklifinin təminatını tender təklifinin ümumi qiymətinin 1 faizi məbləğində təqdim etməlidir. Təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır.

İddiaçılar yuxarıda qeyd olunan sənədləri 22 noyabr 2021-ci il saat 10.00-а qədər tender ko­missiyasına dövlət satınalmalarının vahid inter­net portalı vasitəsilə elektron təqdim etməlidirlər.

İddiaçılar öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə 1 dekabr 2021-ci il saat 17.00-а qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim edilən təkliflər dövlət satınalmalarının vahid internet elektron portalında qəbul olunmayacaqdır.

Təklif zərfləri 2 dekabr 2021-ci il saat 10.00-dа açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri online şəkildə zərflərin açılışı prosedurunu izləyə bilərlər.

Tender komissiyası

29 Oktyabr 2021 03:08 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Köhnə versiyamızdan xəbərləri izlə