Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sabahın HAVA PROQNOZU

Oktyabrın 28-də gözlənilən hava şəraiti açıqlanıb.

ETSN-dən bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeronda gecə 7-10° isti, gündüz 13-15° isti, Bakıda gecə 7-9° isti, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 12-16° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° isti olacaq.

27 Oktyabr 2021 18:17 - EKOLOGİYA
EKOLOGİYA
30 Noyabr 2021 | 18:05
Sabahın HAVA PROQNOZU
26 Noyabr 2021 | 18:08
Sabahın HAVA PROQNOZU
25 Noyabr 2021 | 18:12
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə