Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

2022-ci ildə yaşayış minimumunun həddi 205 manat, ehtiyac meyarının həddi 200 manat götürülür

2022-ci ilin dövlət büdcəsində yaşayış minimumunun həddi 205 manat məbləğində müəyyən ediləcək.

 "Xalq qəzeti" xəbər verir ki, bu, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.

2022-ci il üçün yaşayış minimumu 205 manat məbləğində proqnozlaşdırılır ki, bu da 2021-ci illə müqayisədə 9 manat çoxdur.

2021-ci ildə yaşayış minimumu 196 manat olub.

“Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsinə əsasən isə gələn il ehtiyac meyarının həddi 200 manat məbləğində müəyyənləşdirilir.

Ötən il ehtiyac meyarının həddi 170 manat olub.

27 Oktyabr 2021 14:06 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə