Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hacıqabul rayonunda oğurluq edən şəxslər saxlanılıblar

Hacıqabul rayonu ərazisində oğurluq edən iki nəfər rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbənin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə rayon ərazisində iki fərdi evdən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Rəşad Həsənov və Sabirabad rayon sakini Tural Şotayev saxlanılıblar.

Həmin şəxslər barəsində aparılan əməliyyat tədbirləri nəticəsində onların digər cinayət əməllərinin üstü də açılıb. Belə ki, T.Şotayevin barəsində aparılan tədbirlərlə onun Bakı şəhəri ərazisində yerləşən mağazaların birindən 1310 manat məbləğində pul oğurladığı, R.Həsənovun isə narkotik maddələrin satışı ilə məşğul olduğu müəyyənləşib.

Hər iki şəxs dindirilərkən törətdikləri cinayət əməllərini etiraf ediblər.

Faktlarla əlaqədar Hacıqabul Rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

27 Oktyabr 2021 12:52 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə