Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ombudsman Ermənistanın Bərdəni raket atəşə tutmasının ildönümü ilə bağlı paylaşım edib

Ermənistan silahlı qüvvələri tərəfindən 2020-ci il 27-28 oktyabr tarixlərində Bərdə şəhərinin və rayonunun kəndlərinin "Smerç" tipli raketlərdən atəşə tutulması nəticəsində 25 nəfər dinc sakin həlak olub, 80-dən artıq şəxs yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

 "Xalq qəzeti" xəbər verir ki, bu barədə Ombudsmanın paylaşımında bildirilib. Qeyd olunub ki, Ermənistanın mülki əhaliyə qarşı törətmiş olduğu müharibə cinayətləri ilə bağlı dəfələrlə dünya ictimaiyyətinə müraciətlər edilib, beynəlxalq hüququn norma və prinsiplərinin, beynəlxalq humanitar hüquq normalarının, o cümlədən Cenevrə Konvensiyalarının, xüsusilə də Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Konvensiyasının müddəalarının kobud şəkildə pozulması faktı diqqətə çatdırılıb: "İnanıram ki, beynəlxalq ictimaiyyət müharibə cinayətləri törətmiş Ermənistanın hərbi-siyasi rəhbərliyinin tezliklə ədalət mühakiməsi qarşısında cavab verməsini təmin edəcək".

27 Oktyabr 2021 11:44 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə