Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DİN: Ötən gün 147 nəfər COVID-19 pasportu olmadığına görə toy şənliklərinə buraxılmayıb

Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri oktyabrın 26-da Bakıda və respublikanın digər ərazilərində 72 toy şənliyinin monitorinqini aparıblar.

DİN-in mətbuat xidmətindən bildiriblər ki, monitorinqlər 61 şadlıq sarayında, 11 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 14 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib, iki nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs olunub, bir nəfər barəsində isə araşdırma aparılır. COVID-19 pasportu olmadığına görə 147 nəfər toy şənliklərinə buraxılmayıb.

27 Oktyabr 2021 11:28 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə