Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xarici işlər naziri Ermənistanın Bərdəni raket atəşinə tutmasının ildönümü ilə bağlı paylaşım edib

“2020-ci ilin 27-28 oktyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Bərdə şəhərinə raket hücumları nəticəsində çox sayda günahsız dinc azərbaycanlı həlak olub”.

"Xalq qəzeti" xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Twitter”də bildirib.

“Bu dəhşətli hücumun qurbanlarını dərin hüznlə yad edirik. Bu hərbi cinayətə görə cavabdeh olanlar məsuliyyət daşımalıdırlar!”, - XİN rəhbəri qeyd edib.

27 Oktyabr 2021 10:49 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə