Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sabiq prezident vəfat edib

 

 

“Yonhap” agentliyinin yaydığı məlumata görə, 1988–1993-cü illərdə Cənubi Koreyanın Prezi­denti olmuş Ro Te-vu vəfat edib. Bildirilir ki, sabiq dövlət baş­çısı bu yaxınlarda səhhətində yaranan problemlərə görə paytaxt Seulda xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, silahlı qüvvələrinin generalı Ro 1979-cu ildə Çun Du- Hvana dəstək verərək onun hərbi qiyam yolu ilə hakimiyyətə gəlməsinə kömək edib. Lakin 1987-ci ildə ölkədə demokratiya naminə kütləvi mitinqlərdə əhalinin birbaşa prezident seçkisi keçirilməsi tələbinin təmin olunması ilə bir il sonra keçirilmiş seçkidə Ro Te-vu qalib gəlib. O, ölkənin təkrar namizəd olmamaq şərti ilə 5 il müddətinə seçilmiş ilk dövlət başçısı olub. Ro Te-vunun hakimiyyəti illəri Cənubi Koreyanın sosialist bloku ölkələri, o cümlədən keçmiş SSRİ və Çin ilə diplomatik əlaqələr qurması, habelə Şimali Koreya ilə mübadilələrin təşviqi dövrü kimi xarakterizə olunur.

Xatırladaq ki, o, 1993-cü ildə korrupsiya ittihamları ilə həbs olunub. Məhkəmə korrupsiya əməllərində, habelə 1979-cu ildəki dövlət çevrilişində və 1980-ci ildə Kvancu şəhərində dinc mitinqin dağıdılmasında təqsirli bilərək Ro Te-vu 22 il müddətinə azadlıqdan məhrum etməklə yanaşı, 260 milyard von (təxminən 223 milyon ABŞ dolları) cərimə ödəməsi barədə qərar qəbul edib. Sonradan onun cəzaçəkmə müddəti 17 ilə endirilib, 1997-ci ildə isə o vaxtkı dövlət başçısı Kim Younq-sam tərəfindən əfv edilib.

Rövşən TOĞRUL, “Xalq qəzeti”

27 Oktyabr 2021 04:09 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Dekabr 2021 | 10:10
Avtomobil istehsalı azalıb
1 Dekabr 2021 | 10:01
Krımda qasırğa

Köhnə versiyamızdan xəbərləri izlə