Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Putin və Conson telefonla müzakirələr aparıblar

 

 

Rusiya Prezidenti Vladimir Putin Böyük Britaniyanın Baş naziri Boris Conson ilə telefonla danışaraq, onunla iki ölkə arasındakı münasibətləri müzakirə edib. Bu barədə Moskvadakı rəsmi mənbələrə istinadən “Anadolu” agentliyi məlumat yayıb.

Xəbərdə deyilir ki, liderlər ölkələri arasındakı məlum problemlərə baxmayaraq, bir sıra istiqamətlər üzrə qarşılıqlı münasibətləri nizamlamaq niyyətindədirlər. Telefon danışığı zamanı Böyük Britaniya və Rusiya liderləri bir çox aktual beynəlxalq problemlər üzrə də fikir mübadiləsi aparıblar.

Rusiya Prezidenti Böyük Britaniya hökumətinin başçısını ötən həftə Moskvada səfərdə olan Əfqanıstanın müvəqqəti hökumətinin rəsmiləri ilə aparılan danışıqlar barədə məlumatlandırıb. Tərəflər həmçinin İranın nüvə proqramı ilə bağlı danışıqların yenidən bərpa edilməsinə tərəfdar olduqla­rını bildiriblər.

Rusiya Prezidenti son illər Ukraynada baş verən silahlı münaqişə ilə əlaqədar Kremlin rəsmi mövqeyini açıqla­yıb. Məlum olduğu kimi, London sözügedən münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinin tərəfdarı kimi çıxış edir. Böyük Britaniya lideri, həmçinin Rusiya hökumətinin ölkə ərazisində 2060-cı ilə qədər havaya karbon qazının buraxılmasının qarşısının alınması ilə bağlı qərarını alqışlayıb.

Rusiya Prezidenti Vladimir Putin telefon danışığının sonunda bildirib ki, o, ölkəsində koronavirusun geniş yayıl­ması səbəbindən “Böyük iyirmilər”in qarşıdakı sammitindəki müzakirələrə yalnız videoformat şəklində qatılacaq.

Xatırladaq ki, “Böyük iyirmilər”in növbəti sammiti bu il oktyabrın 30-31 tarixlərində İtaliyanın paytaxtı Romada keçiriləcək. Telefon danışığı zamanı qərara alınıb ki, Rusiya və Britaniya rəsmiləri arasında mütəmadi əlaqələr bundan sonra da davam etdirilsin.

M.HACIXANLI,

“Xalq qəzeti”

27 Oktyabr 2021 03:48 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Dekabr 2021 | 10:10
Avtomobil istehsalı azalıb
1 Dekabr 2021 | 10:01
Krımda qasırğa

Köhnə versiyamızdan xəbərləri izlə