Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi digər tibbi ləvazimatların satın alınması ilə əlaqədar AÇIQ TENDERƏ DƏVƏT EDİR

 

Açıq tenderdə iddiaçı qismində mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.

Tender iştirakçılarına təklif edilir ki, dövlət satı­nalmalarının https//www.etender.gov.az/ vahid in­ternet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün ten­der iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər:

İddiaçılar iştirak haqqını aşağdakı hesaba köçürməlidirlər.

Təşkilatın adı- 9 saylı Xəzinədarlıq İdarəsi

H/h- AZ31CTRE00000000000002478301

VÖEN- 1400421021

Bank-DXA

Kod-210005

M/h- AZ41NABZ01360100000000003944

SWIFT:CTREAZ22

Büdcə təsnifatının kodu- 142340

Büdcə səviyyəsinin kodu- 7

ƏN-nin Tibb Baş İdarəsi

Tenderdə iştirak haqqı 150 manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

- vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haq­qında müvafiq vergi və sosial müdafiə orqanından arayış;

- iddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında dövlət orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı;

- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının ilkin qeydiyyat sənədlərinin və on­lara edilmiş əlavə və düzəlişlərin müvafiq qaydada təsdiqlənmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdi­yi ölkə və əsas fəaliyyət yeri göstərilməklə) və rekvizitləri;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- iddiaçının analoji işlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər;

- digər sənədlər (tenderin əsas şərtlər toplusun­da göstərilən bütün digər sənədlər).

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır. İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.

Tenderlə əlaqədar istənilən məlumatı almaq üçün aşağıdakı şəxsə müraciət etmək olar.

Əlaqələndirici şəxs- Emin Əliyev.

Ünvan- Bakı şəhəri, Nərimanov rayonu, Cey­hun Hacıbəyli küçəsi 16 və 18.

Telefon- +994124933632 ; Faks: +994124933632.

E-mail: [email protected]

İddiaçılar öz təkliflərini əsas şərtlər toplusunda göstərilən müddəalara uyğun olaraq hazırlamalı, tenderdə iştirak üçün sənədləri (tender təklifi və təklifin bank təminatı istisna olmaqla) 19 noyabr 2021-ci il saat 11.00-a, tender təklifini və təklifin bank təminatını isə 29 noyabr 2021-ci il saat 18.00-dək portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların tender təkliflərinin açılışı 30 noyabr 2021-ci il saat 11.00-da dövlət satınalmalarının vahid internet portalında virtual iclas formatında aparılacaqdır.

Elektron satınalmanın hər bir iştirakçısı onların təkliflərinin açılışını və qiymətləndirilməsini elekt­ron portal vasitəsilə izləyə bilər.

QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yal­nız elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

27 Oktyabr 2021 02:12 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
1 Dekabr 2021 | 01:23
ELAN

Köhnə versiyamızdan xəbərləri izlə